yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Ən böyük istəyim yenidən idmana qayıtmaqdır" – Sənan Əliyev

16-01-2018, 12:15 364 dəfə baxılıb

2014-cü ildə İtaliyada Azərbaycan bayrağını ucalara qaldıraraq, Dünya Çempionu adını qazanmış Sənan Əliyev Sozcu.az saytına müsahibə verib. Bu gün Sənan Əliyevin səhhətində ciddi problemlər meydana çıxıb. İdmançı deyir ki, sağlıq durumu günbəgün pisləşir. Lakin maddi imkansızlıq bu müayinələrdən keçməyi qeyri-mümkün edir. Sənan Əliyevin atası Veysil Əliyev müharibə veteranıdır, Qarabağ uğrunda döyüşlərdə iştirak edib. Hazırda maddi imkansızlıqdan müalicə ala bilməyən və hətta dərman almağa imkanı olmayan idmançımız suallarımızı cavablandırıb.

– Niyə məhz “Sambo”-nu seçdiniz? Bu idman növünü seçməkdə məqsədiniz nə idi?


– Müharibə şəraitində olduğumuza görə, əsas istəyim ölkəmiz üçün vətənpərvər uşaqlar yetişdirmək olub. Əlbəyaxa döyüş daha güclü idman növü olduğuna görə, vətənə layiqli övladlar yetişdirmək üçün məhz “Sambo”-nu seçmişəm.

– İndiyə qədər iştirak etdiyiniz yarışlardakı qalibiyyətlərinizə görə özünüzü şanslı idmançı sayırsız, yoxsa güclü?

– Nə şanslı, nə də güclü. Mən sadəcə olaraq həmişə düşünmüşəm ki, vətənimə xidmət etmişəm.

– İndiyə kimi neçə dəfə məğlub olmusuz? Unuda bilmədiyiniz döyüşlər varmı?

– Mənim döyüşlərimdə məğlubiyyətim olmayıb. Ən çox döyüşlərimi də Türkiyə və Ukraynada keçirmişəm. Qazancımın hamısını açdığım kluba qoymuşam. Bu klubda imkansız şəhid ailələrinə, müharibə veteranlarının uşaqlarına, məhbus uşaqlara, Milli Qəhrəmanlarımızın ailələrinə, kasıb ailələrin uşaqlarına pulsuz məşqlər keçmişəm. Unuda bilmədiyim döyüşüm isə, Xarkovdakı son döyüşüm olub. Ukraynanın fəal idmançısını 35 saniyəyə məğlub etmişdim bu döyüşdə.

– Elə bir rəqibiniz varmı ki, onunla yenidən qarşılaşmaq istərdiniz?

– Bəli, mənim yenidən qarşılaşmaq istədiyim bir rəqibim var. O da Türkiyədə küçə döyüşündə 30 saniyəyə nakaut vəziyyətinə saldığım erməni idmançısıdır. O, erməni ilə birdə döyüşmək istərdim. O, məndən güclü idi. Düzdü mən onu uddum, amma yenə onunla qarşılamaq istərdim.

– Azərbaycanda idmana kifayət qədər qayğı göstərilir, bəs siz bu qayğını hiss edirsizmi?

– Mən əslində heç kimdən qayğı gözləmirəm. Çünki özüm həmişə tək olmuşam bu yolda. Bozqurd adını da buna görə veriblər mənə. Düzdü bu gün Azərbaycanda idmana qayğı var. Amma mən bunu özümə olan münasibətdə hiss eləmirəm. Çünki mənim son üç ayda müalicələrimin gecikdirilməsi məni bu hala gətirib çıxardı. Mənə dedilər ki, sənin məşğul olduğun idman, qeyri-olimpiya idman növü olduğu üçün biz sənə köməklik edə bilmərik.

– Sənan bəy səhəttinizdə yaranmış problemlə bağlı sizə yardım edilməsi üçün harasa müraciət etmisiz?

– Mən ilk dəfə İdman Dispanserinə getdim. Oradan birbaşa nazirliyə məlumat verdilər. Federasiyamızdan Süleyman müəllim sənəd verməyə köməklik etdi. Başqa heç kim köməklik etmirdi ta ki, ictimailəşənə qədər. İctimailəşdirməyidə Xaqani Rzaquliyevin təkidi ilə razılıq verdim. Çünki mən bilirdim ki, dövlət kömək etməyəcək. Bunu mənə əvvəldən demişdilər.

– Feysbuk hesabınızdakı son paylaşımlarınızdan birində bu gün dostlarınızın sizə olan etinadsız münasibətinə toxunmusuz. Bu ismarıc kimlərə ünvanlanıb?

– Çox yox bir ilə kimi mən heç zaman tək olmamışam. Elə vaxt olub ki, bir gün ərzində məni 50-60 nəfər ziyarət edib. Amma bu gün mənə heç biri yaxın durmur.

– Səhhətinizdəki problem öz həllini tapandan sonra yenə də idmanla məşğul olacaqsız?

– Əlbətdə ki, ən böyük istəyim yenidən idmana qayıtmaqdır. Həm uşaq yetişdirmək, həm də ki, son dəfə setkada çıxıb döyüşmək istəyirəm.

– Azərbaycan bayrağını ucaldan Dünya Çempionu Sənan Əliyevin bu gün hökumətdən istəyi nədir?

– Bir dənə istəyim bilirsiniz nədir? Mənə bu idmanda aldığım travma o qədər də təsir eləmir. Mənə ən çox təsir edən tək qalmağımdır. Ermənilərlə son döyüşümdə, sırf olaraq kürəyimdəki Azərbaycan yazısına görə, 6 erməni tərəfindən təklənmişdim. Amma mən onların hamısını məğlub etdim. Amma bu gün çox təəssüflər olsun ki, burda heç kim mənə yaxın durmur. Mən üç aylıq gecikmənin nəticəsi olaraq bu günə düşmüşəm.

Sozcu.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: idmana, Eliyev, boyuk, En, yeniden, isteyim, qayitmaqdir, Senan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ