SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Cinsi azlıqları çoxaldan şok səbəb: məktəblərdə...

Cinsi azlıqları çoxaldan şok səbəb: məktəblərdə...

Tarix:

1-12-2017, 12:09

/ 1 835 dəfə oxundu.
Cinsi azlıqları çoxaldan şok səbəb: məktəblərdə...

Son illər ölkədə kişi müəllimlərin sayında kəskin azalma müşahidə olunur.

Təhsil eksperti Kamran Əsədov Axar.az-a müsahibəsində bunun səbəb və nəticələri haqda maraqlı fikirlər səsləndirib.

- Kamran müəllim, qadın müəllimlərin sayının çox olmasının səbəbi nədir?

- Hazırda Azərbaycanın orta məktəblərində 155 min 448 müəllimin 77,9 faizi qadındır. Müqayisəli təhlil aparsaq, Sovet dövründə bu nisbət 50-50-yə idi. Hətta bəzi bölgələrdə kişi müəllimlərin sayı daha çox idi. Amma hazırda əmək haqlarının normal səviyyədə olmamasına görə kişilər müəllimlikdən uzaqlaşıblar. Hazırda orta məktəblərdə çalışan kişi müəllimlərin faiz nisbəti ümumi müəllimlərin sayının 20-25 faizini təşkil edir. Bu da çox təhlükəli vəziyyətdir.

- Sizcə, bunun hansı təhlükəli nəticələri ola bilər?

- Hazırda ölkəmiz müharibə şəraitindədir, bizə güclü iradəyə malik olan əsgərlər lazımdır. Azərbaycanda bağçalarda, məktəbəqədər təhsil müəssisələrində oğlan şagirdləri yalnız qadın müəllimləri görür. Çünki orta təhsil məktəblərindən fərqli olaraq, bağçalarda, məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin 100 faizini qadınlar təşkil edir.

Demək olar ki, ailədə də vəziyyət belədir. Ailə başçısı günün çox hissəsini işdə keçirir və uşaq yalnız ana ilə münasibətdə olur. Bağçada da gördüyü bütün müəllimlər qadındır. Eləcə də orta məktəbdə də belə hal baş verir. Bu, oğlan uşaqlarının xarakterinə, psixologiyasına ciddi şəkildə təsir edir.

Son vaxtlar cinsi azlıqların sayında artım müşahidə olunur. Bunun da səbəblərindən biri həmin şəxslərin ətrafında kişi obrazlarını görməmələridir. Bütün bu hallar oğlan şagirdlərin gələcəkdə şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir.

- Kişilərdə müəllimlik ixtisasına necə maraq oyatmaq olar?

- Hesab edirəm ki, Təhsil Nazirliyi yenidən kişilərin məktəbdə çalışmasını təmin etmək üçün müxtəlif layihələr həyata keçirəcək. İlk növbədə orta məktəblə çalışanlar arasında kişilərə üstünlük verilməlidir. Məsələn, xüsusi təyinatlı nazirliklərdə, məktəblərdə bu üstünlüklər var. Polis Akademiyasında plan yeri 125-dirsə, onun 100-ü kişilər üçün nəzərdə tutulur. FHN, DTX qəbulda plan yerinin əksəriyyətini kişilər üçün ayırır.

Orta məktəbdə çalışan kişi müəllimlərin əmək haqları artırılmırsa, onlara müəyyən sosial güzəştlər tətbiq olunmalı, komunal, nəqliyyat və bu kimi digər xərclərdən azad edilməlidirlər. Bu ona görə edilməlidir ki, kişilər ailə xərclərini ödəmək üçün digər sahələrə yox, məktəblərə gəlsinlər.

- Kamran müəllim, bəs müəllimlik ixtisasında kişilərə üstünlük verilməsi və onlara güzəştlər tətbiq edilməsi gender bərabərliyinin pozulması deyilmi?

- Dövlətin strateji sahələrini özündə əks etdirən sahələr üzrə kadr hazırlığında gender bərabərliyini müəyyən qədər pozmaq lazımdır. Bu, ölkənin gələcəyi üçün ciddi addımdır. Bu gün müəllimlik ixtisasına qəbul olanlardan çoxu qadınlardır. Hətta kimya, fizika, geologiya, geofizika kimi ixtisaslara qəbulda qadın müəllimlər üstünlük təşkil edir. Həmçinin Texniki, Memarlıq və İnşaat universitetlərindəki texnoloji ixtisaslar var ki, burada həmişə 98 faiz kişilər təhsil alırdılarsa, indi qadınların sayında ciddi şəkildə artım var. Düzdür, bizim tariximizdə kifayət qədər mübariz, qəhrəman qadınlarımız var, amma Şərq tarixində kişi obrazı qəhrəmanlıq simvoludur. Ona görə də məktəblərdə kişi müəllimlərin sayının azalmasının qarşısını almalıyıq.

Şərhlər

XƏBƏR LENTİ