yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Aİ-95” və “Aİ-98” yanacaqlarından imkanlı sürücülər istifadə edir”

“Aİ-95” və “Aİ-98” yanacaqlarından imkanlı sürücülər istifadə edir”
20-11-2017, 16:43 154 dəfə baxılıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Hüseynovun müsahibəsini təqdim edirik:

– Ötən həftə Azərbaycanda “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində artım baş verib. Hazırda “Aİ-95” markalı benzinin yeni qiyməti 1,25 AZN, “Aİ-98” markalı benzinin qiyməti 1,50 AZN təşkil edir. Qiymət artımının əhaliyə təsiri necə olacaq?

– İlk növbədə qeyd edim ki, Azərbaycanda avtomobil sürücülərinin böyük əksəriyyəti dizel və “Aİ-92” markalı yanacaqdan istifadə edirlər. Ancaq Azərbaycanda nə dizel yanacağının, nə də “Aİ-92” markalı benzinin qiyməti qalxmayıb. Yalnız Azərbaycana idxal olunan benzinlərin qiyməti qalxıb. Bunun da səbəbləri bizdən asılı deyil. İdxal olunan məhsulların qiymətinin artımı dünya bazarında baş verən proseslərlə bağlıdır.

Digər tərəfdən isə “Aİ-95” premium və “Aİ-98” super markalı benzindən istifadə edən sürücülərin avtomobilləri bahalı maşınlardır. Yəni, bu yanacağı istifadə edən insanlar “Aİ-95” və “Aİ-98” markalı benzini almaq iqtidarında olan kateqoriyaya aiddir.

Kənd təsərrüfatı sahəsi və digər avtomobil sürücülərinin tam əksəriyyəti isə dizel və “Aİ-91” yanacağından istifadə edirlər. Bunların da qiyməti qalxmayıb. Ona görə də bu məsələdən sui-istifadə etməklə hər hansı hay-küy salmaq və ya şou düzəltmək qəbuledilməzdir.

Yenə də təkrar edirəm ki, “Aİ-95” və “Aİ-98” yanacağının qiymətini biz deyil, ixrac edən ölkələr qaldırır. Digər tərəfdən isə bu yanacağa təlabatı yalnız imkanlı insanlar duyur. Sürücülərimizin böyük əksəriyyəti dizel və “Aİ-92” benzinindən istifadə edir. Ona görə də “Aİ-95” və “Aİ-98” benzinin qiymətinin qalxmasının əhaliyə heç bir təsiri olmayacaq. Çünki hazırda dizel və “Aİ-92” yanacağı tələbatın 95 faizini təşkil edir. Yerdə qalan 5 faizi isə “Aİ-95” və “Aİ-98” yanacaqları təşkil edir.

– Son vaxtlar Milli Məclisdə deputatların maaşlarının artırılması məsələsi tez-tez gündəmə gətirilir. Bu yaxınlarda deputat Siyavuş Novruzov da bu məsələ ilə bağlı fikir səsləndirmişdi. Deputat maaşlarının artırılması ilə bağlı sizin fikriniz necədir?

– Əvvəla, Siyavuş müəllim Novruzov deputat maaşlarının artırılması çıxışını edəndə, bunu ayrı tərzdə demək istəmişdi. Həmin vaxtı Milli Məclisdə büdcə müzakirələri aparılırdı. Siyavuş müəllim də dövlətin sosial sahələrdə apardığı tədbirlərlə bağlı müsbət fikirlərini bildirib. Eyni zamanda maaş artımı ilə bağlı da gələcəkdə dövlətin atacağı tədbirləri təqdirəlayiq hesab edib.
Siyavuş müəllim bütün kateqoriyadan olan insanların maaşının artırılmasını təklif edib. Bu çıxışı edən zaman eyni zamanda deputatların da maaşının artırılmasına müsbət baxdığını söyləyib. Bununla bağlı səsləndirilən fikirlər də bu tərzdə olmalıdır.

Bilirsiniz, Siyavuş Novruzovun böyük parlament təcrübəsi var, hər zaman mütərəqqi təkliflərlə çıxış edib. O, həm də Milli Məclisin komitə sədridir. Siyavuş müəllimin bütün çıxışları arqumentlərə söykənir. Sonuncu dəfə də Siyavuş müəllim Milli Məclisdə çıxış edərkən, cənab Prezidentin sosial sahədə apardığı uğurlu siyasətlə bağlı müsbət fikirlərini söyləyib.

Eyni zamanda büdcənin imkanı daxilində əmək haqqlarının artırılması ilə bağlı da çıxış edib. Onun bu fikirlərini başqa cür təqdim etmək doğru deyil.
Siyavuş Novruzovun Yeni Azərbaycan Partiyasının inkişafı ilə bağlı da çox böyük zəhməti var. Məhz bunun məntiqi nəticəsidir ki, ötən həftə Siyavuş müəllim cənab Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Yeri gəlmişkən, bu münasibətlə Siyavuş müəllimi mən də təbrik edirəm.

– Deputat olaraq indiki maaşınızdan razısınızmı?

– Bilirsiniz, maaş artımı ciddi əhəmiyyət kəsb edir. Ancaq biz süni şəkildə maaş artımına gedə bilmərik. Çünki düşünülməmiş, ölçüb-biçilməmiş maaş artımı infilyasiya yaradan amillərdən biri hesab olunur. Yəni, düşünülmədən maaş artımı ölkədə pul kütləsinə gətirib çıxarır. Bu isə infilyasiya yarada bilər. Ona görə də maaşı bütün iqtisadi prosesləri nəzərə almaqla artırmaq lazımdır. Əgər maaş artımı vətəndaşın büdcəsinə təsir etməyəcəksə, o maaş artımına getməyə dəyməz. Bir daha qeyd edirəm ki, düşünülməmiş maaş artımı infilyasiya yarada bilər. Bu baxımdan da maaş artımı hər zaman dövlətimizin iqtisadi siyasətinin əsasını təşkil edir. Ona görə də bütün iqtisadi prosesləri ölçülməklə maaş artımına gedilməsi məqsədə uyğundur.
Yeri gəlmişkən, Milli Məclisin sabahkı iclasında da büdcə müzakirələri davam etdiriləcək. Bu müzakirələrdə də maaş artımı məsələsi gündəlikdə var.

– Gələn ilin Dövlət Büdcəsində nə qədər artım nəzərdə tutulur?

– Gələn ilin Dövlət Büdcəsində böyük artım var. Ötən ilin büdcəsi ilə sonrakı büdcədə 20 faiz artım olacaq. Bu da çox vacib haldır. Gələn ilin təhsil və elm xərclərində önəmli artım var. Eləcədə də investisiya qoyuluşu ilə bağlı da fundamental artımlar nəzərdə tutulur. Bütün bunlar da Azərbaycanın iqtisadi inkişafına gətirib çıxaracaq.

– Gələn il Azərbaycanda devalvasiya gözlənilir?

– Yox, konkret olaraq 2018-ci ildə Azərbaycanda devalvasiya gözlənilmir. Bilirsiniz ki, builki büdcəmizdə neftin qiyməti 45 dollardan hesablanıb. Eyni zamanda valyuta ehtiyyatlarımız artmaqda davam edir. Yəni, devalvasiyaya səbəb olacaq fundamental problemlər yoxdur. Devalvasiyanın səbəb olmasında ən başlıca səbəb neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi idi. Ancaq hazırda isə neftin qiymətinin 2-3 dəfə yenidən aşağı düşməsi heç zaman ola bilməz. Çünki artıq Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə institutları neftin qiymətinin 55-60 dollar arasında qərarlaşacağını proqnozlaşdırır. Bu isə o deməkdir ki, devalvasiyanın baş verməsində əsas faktorlardan biri olan dünyada neftin qiymətində kəskin dəyişiklik olmayacaq. Həmçinin, Azərbaycan iqtisadiyyatında artıq qeyri-neft sektorunun payı yüksəlir və getdikcə ümumi daxili məhsulda qeyri-neft məhsullarının sayı artır. Artıq Azərbaycana turizm, kənd təsərrüfatı, səneyi və digər sahələrdən valyuta gətirən mənbələr formalaşıb. Ona görə də gələn il devalvasiyanın olması heç cür gözlənilmir.

Ölkə.Az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: edir, A 95, imkanli, yanacaqlarindan, ve, suruculer, A 98, istifade
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-12-2017


15-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ