SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Güc yığan kimi cırmaq atdılar…” - Namiq yenə söz atdı

“Güc yığan kimi cırmaq atdılar…” - Namiq yenə söz atdı

Tarix:

8-11-2017, 10:10

/ 64 804 dəfə oxundu.
“Güc yığan kimi cırmaq atdılar…” - Namiq yenə söz atdı

“Bu gün 39 yaşım tamam olur. Bu illəri özümdən çox başqalarına həsr etdim. Əvəzində isə özümə qarşı nankorluq və pisliklər gördüm. Xilas etdiklərim, həyatlarını həyata çevirdiklərim bir az güc yığan kimi mənə cırmaq atmaq istədilər və yə atdılar”.

Bu sözləri Namiq Qaraçuxurlu instaqramda qeyd edib. Meyxana ifaçısı özüylə bağlı paylaşım edərək ad çəkmədən söz atıb:

“Kimsəylə düşmənçilik etmədim. Yalandan üzümə gülənləri, aşıq şəkildə düşmən olanlartı ağlımda, qəlbimdə tanıdım. Amma heç bir zaman addım atmadım, onları zaman buraxdım. Məni hər bir çətinlikdən Allahım qorudu, yaşatdı. Kişi xarakterimi qoruyaraq kiməsə cavab vermədim, əlimdə güc ola-ola zərbə vurmadım.

Şükür ki, ara-sıra özüm üçün yaşamağa cəhd göstərirəm. Bu gün ətrafımda gözəl, sədaqətli və doğma insanlar var. Məni sevməkdə tükənməyən tamaşaçılarım, dinləyicilərim var. Bu, şəxsiyyətimə, mənəviyyatıma, sənətimə verdiyim dəyərə görə Allahın hədiyyəsidir. Mən sizinlə xoşbəxtəm”.

Şərhlər

XƏBƏR LENTİ