yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Başda duran generallar da vəzifədən getsinlər” - Partiya sədri

2-11-2017, 13:59 55 141 dəfə baxılıb

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Versus.Az-a müsahibəsini təqdim edirik


– Hafiz bəy, Bakı-Tbilisi-Qars layihəsi yaxşı mənada böyük səs-küyə səbəb olub. Siz necə dəyərləndirərdiniz bu hadisəni?

– Bu layihə Azərbaycanın XXI əsrdə ən böyük nailiyyəti, ölkəmizin dünyanın siyasi xəritəsində özünü bir daha təsdiq etməsidir. Təbii olaraq bu layihənin reallaşması bizim "qocalar evində” olanların gözləntilərini puça çıxardı. Çünki onlar belə bir layihənin uğuruna inanmırdılar və harda gəldi boş-boş danışırdılar. Eyni zamanda maliyyəsini xaricdəki havadarlarından alıb meydanlara 5-10 nəfər çıxaranlar bu layihəyə lağ edirdilər. Mən müxalifət düşərgəsində olsam da bu qüvvələr kimi Bakı-Tbilisi-Qars layihəsinin reallaşmasına qısqanclıqla yanaşmıram. Bu, ölkə prezidentinin uğurudur və bu uğuru danmaq günəşi danmaq kimi olardı. Ölkəmizə böyük dividend gətirəcək bir layihədir. Bu layihə Azərbaycana həm siyasi, həm iqtisadi tərəfdən böyük səmərə verəcək. Düşünürəm ki, Azərbaycanı dəstəkləmiyən dövlətlər də artıq bu gün ölkəmizə qarşı mövqelərini müsbətə doğru dəyişəcəkdir. Mən bu uğura görə sizin saytınız vasitəsilə Azərbaycana, onun prezidenti, qardaşım İlham Əliyevə gözaydınlığı verirəm, daha böyük uğurlar diləyirəm. Bizim partiya olaraq ideoloji mübarizəmiz ölkəmizin əleyhinə olan qüvvələrə qarşı olub və bundan sonra da belə olacaq. Həmişə demişəm, yenə də deyirəm, nə qədər ki, varam və siyasətdəyəm, qardaşımın yanındayam, ona dəstək olacağam. Çünki onun həyata keçirdiyi və uğur qazandığı layihələr Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycanın gələcəyi üçündür.

– Azərbaycan-Türkiyə prezidentlərinin görüşləri də dünyanın diqqət mərkəzindədir. Sizcə bu, ölkələrimizə kin bəsləyən ölkələr üçün bir mesaj ola bilərmi?

– Bir millət, iki dövlətik. Mənim qardaşım hakimiyyətə gələndən sonra ölkələrimizin münasibətləri siyasi, iqtisadi, hərbi və digər sahələrdə daha da inkişaf edib. Mən arzu edərdim ki, Türkiyə ilə Azərbaycan arasından viza rejimi də götürülsün. Çünki bir millət, iki dövlət arasında viza problemi olmamalıdır. Gediş-gəliş şəffaf olmalıdır. İnanıram ki, buna da nail olacağıq.

Həqiqətən də iki qardaş ölkə prezidentlərinin sıx-sıx görüşləri, birgə uğurlu layihələri Azərbaycan və Türkiyəyə düşmən ölkələrə bir mesajdır. Azərbaycan-Türkiyə münasibətlərinin istiliyi müəyyən dövlətlərdə, o cümlədən türkə düşmən kəsilən ölkələrdə, Ermənistanın özündə narahatlıq doğurub. Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin Azərbaycandakı görüşləri zamanı etdikləri çıxışları bu dostluğa, qardaşlığa kin bəsləyən ölkələrin narahatlığına təbii olaraq əsas verir. Bakı-Tbilisi-Qars layihəsi də təbii olaraq Azərbaycanı istəmiyən, Azərbaycnla şərtlə danışan ölkələri qıcıqlandıracaq. Azərbaycan artıq o ölkələrdən deyil ki, onunla hər hansı şərtlə, tələblə danışılsın. Düşünürəm ki, mənim qardaşım bundan sonra atacağı addımlarda da heç bir dövlətin şərti və tələbi ilə addım atmayacaq, özünün fikri, müstəqil siyasəti öndə duracaq.


– Azərbaycan-İran prezidentlərinin də görüşü oldu. Bir siyasətçi olaraq bu görüşdən gözləntiləriniz nədir?

– Azərbaycan-İran münasibətlərində də irəliləyişlər özünü göstərməkdədir. Bu ölkələrin əlaqələrinin bütün sahələrdə sürətlə inkişaf etdiyini, möhkəm təməllər üzərində qurulan çoxşaxəli münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini görürük. Ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının siyasi iradəsi, eləcə də qarşılıqlı səfərləri və keçirilən görüşləri mühüm rol oynayır. Hər halda İran da hiss edir ki, Azərbaycan 10 il bundan öncəki Azərbaycan deyil. Azərbaycanın böyük potensialı var, özünü balanslaşdırmış böyük xarici siyasəti var. İran dövlətində olan bəzi qüvvələr də anlıyar ki, Azərbaycan heç bir dövlətin vassalı deyil, özünün müstəqil siyasəti var, qonşuluq münasibətlərini də həmişə qoruyur. Dini bir olan bir dövlət gedib Ermənistana yardım etməməlidir.

– Hafiz bəy, hər zaman məmur yarıtmazlığından şikayətlənir, ittihamlar səsləndirirsiniz. Məlum məhbusların qaçışı ilə bağlı artıq Penitensiar Xidmətdə təxirəsalınmaz tədbirlər görülür. Sizcə nə baş verir?

– Azərbaycanın böyük proyektlərə imza atdığı bir ərəfədə məhbusların qaçması mən deyərdim ki, Azərbaycan hakimiyyətinin daxilində olan qüvvələrin Bakı-Tbilisi-Qars layihəsi kimi bir uğurun üzərinə kölgə salmaq istəyindən baş verib. Təbii ki, həmin qüvvələr Azərbaycana düşmən ölkələrin dəstəyindən yararlanırlar. Hər bir halda mən Penitensiar Xidmətdə müəyyən dairələrin Azərbaycanın dövlət başçısına olan laqeyd münasibətini görürəm. Ordakı generallar hara baxırlar? Xanımları buraxırlar məhbusların yanına, onlar da onları qaçıranlara yardımçı olurlar. Bu qədərmi özbaşınalıqdır?

Bununla da dünyaya göstərmək istəyirlər ki, Azərbaycanda dövlət strukturlarında bir boşluq var, Azərbaycanda təhlükəsizlik yaxşı qorunmur. Mən bu barədə mətbuata açıqlamamda da bildirmişəm. Və sağ olsun, nazir Fikrət Məmmədov baş vermiş fövqəladə hadisə ilə əlaqədar lazımi tədbirləri görüb. Yəni Penitensiar Xidmətin 21 rəhbər və məsul işçisi ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 15 nəfər ədliyyə orqanlarından xaric olunub və ya tutduğu vəzifədən azad edilib, 4 nəfər, o cümlədən Konvoy taborunun komandiri vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub. Amma mən istərdim ki, başda duran generallar da vəzifədən getsinlər. Çünki əgər o artistlər deyirlərsə ki, istənilən vaxt məhbusun yanına gedib gəlirmiş, bunun özü biabırçılıqdır. Düşünürəm ki, Fikrət müəllim qəti addım atmalı, kimliyindən asılı olmayaraq müqəssirləri cəzalandırmalıdır. Penitensiar Xidmət sisteminin tərkibinə, işinə yenidən baxılmalıdır. Eşitdiyimə görə, orda rüşvət baş alıb gedir. Hətda məhbusun ailəsi ona çörək aparanda da haqqın alıb sonra içəri ötürürlər. Dövlətin imicinə bu qədər zərbə vurmaq olmaz. Ümumiyyətlə vaxtı çatıb, bir neçə belə sistemdə çox ciddi islahatlar aparılmalıdır. "O, bu filankəsin qohumudu, xahiş edib, bu, o filankəsin qohumudu” kimi söhbətlər yığışdırılmalıdır. Bu qaçış Azərbaycanın imicinə zərbə vurmağa hesablanmış bir addım idi. Düşünürəm ki, Penitensiar Xidmətdəki bütün komanda dəyişilməlidir. Bir nəfərlə, beş nəfərlə, üçüncü-dördüncü adamları işdən çıxarmaq lazım deyil. Komanda dəyişilməlidir, vəssalam.

– Müxalifətin ümumi görüntüsü bu gün necədi? Aktivlik görünürmü və sizcə bu ara-sıra canlanmaların arxasında kimlər, hansı maraqlar durur?

– Mən heç bir aktivlik görmürəm. Kərimov Əliylə Cəmil Həsənli idi də, aldıqları pulları meydana yığdıqları tək-tük adamla mitinq adıyla yudular, qurtardı getdi. Kərimov Əlini hakimiyyətdə kim maliyyələşdirir, məlumdur. O, hakimiyyətin yetişdirməsidir. Xaricə göstərmək lazım idi ki, belə bir müxalifətimiz var, onu da ortaya atıb bunu etdilər. Heç müxalifətdəki silahdaşları da o mitinqlərə qatılmadılar. Əslində Əliylə Cəmil mitinqlər üçün aldıqları pulları tək yemək istədilər, ona görə meydanda tək qaldılar.

Biz bundan öncə dediyim kimi Müasir Müsavat Partiyası olaraq mitinqlərə start verəcəyik. Artıq təşkilatlanma işləri yekunlaşmaq üzrədir. Biz Əlilərdən, Cəmillərdən fərqli olaraq xaricə göstəri düzənləmiyəcəyik. Mitinq keçirəcəyik, şüarlarımız da nə olacaq görəcəklər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: da, Bashda, sedri, getsinler, duran, , vezifeden, generallar, Partiya
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ