yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Biz heç kəsə hücum etmirik" - Deputatdan İLGİNC açıqlamalar

27-10-2017, 11:03 93 808 dəfə baxılıb

Azərbaycanla Avropa Şurası arasında gərginlik davam edir. Gununsesi.info-nun xəbərinə görə, qurumun baş katibi Torbörn Yaqland Azərbaycan hökumətinin hücumlarına məruz qalması barədə bəyanat yayıb. Yaqland özünün facebook hesabında üzv ölkələrin səsi ilə seçilmiş baş katibə hücumları Avropa Şurasında ilk hal kimi qiymətləndirib.
YAP icra katibinin müavini Siyavuş Novruzov müsahibəsində Azərbaycan-Avropa Şurası münasibətləri, habelə ölkədəki ictimi-siyasi duruma dair suallara aydınlıq gətirib.
- Siyavuş müəllim, Avropa Şurası Azərbaycandan öz öhdəliklərinə sadiqlik istəyir. Bəs, Azərbaycan bu qurumdan nə istəyir?
- Gəlin, məsələyə bir az qısa tarixə ekskurs etməklə yanaşaq. Azərbaycan Avropa Şurasına könüllü daxil olub. 2001-ci ildən bu yana ölkəmizdə istər siyasi, istərsə də iqtisadi islahatlar aparılıb. Demək olar ki, ölkəmizin bütün qanunvercilik bazası Avropa standartlarına uyğunlaşdırılıb. Ölüm hökmü aradan qaldırılıb. İctimai etimada əsaslanan seçki qanunverciliyi yaradılıb. Avropa Konvensiyasını ratifkasiya etmişik. Bunlar öhdəliklərə sadiqlik deyilmi? Sualınızın ikinci hissəsinə gəlincə, biz Avropa Şurasından ikili yanaşmaya son qoymasını tələb edirik. Başqa bir istəyimiz yoxdur.

- Torbörn Yaqland üzv ölkələrin səsi ilə seçilmiş baş katibə qarşı Azərbaycan hökumətinin hücum kampaniyası apardığını bəyan edir və bildirir ki, İlqar Məmmədovla bağlı qurumun prinsipial mövqeyi buna səbəb olub.
- Biz heç kəsə hücum etmirik. Avropa Şurasından ədalət tələb edirik. Sanki Avropa Şurasında tək ölkəyik. İllərdir ki, bizi monitorinq altında saxlayırlar. Başqa dövlətlər yadlarına düşmür. İlqar Məmmədovla bağlı Azərbaycan məhkəmələrinin qərarları var. O qərarları oxusunlar.

- Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiliyini tanıyır. İlqar Məmmədovla bağlı da Strasburq Məhkəməsi qərarını elan edib ki, azadlığa buraxılmalıdır…
- Avropa Məhkəməsinin icra olunmayan minlərlə qərarı var. Digər məqam, Azərbaycan məhkəmələri sonradan bu işə yenidən baxıb. Yəni ki, Avropa Məhkəməsinin məlum qərarından sonra prosedur başlayıb. İndi yenidən məhkəmə qərarını müzakirə etmək doğru deyil.
Bir məsələyə toxunum. Burada İlqar Məmmədov söhbəti getmir. Bu, Azərbaycana sadəcə təzyiq vasitəsidir. Biz də israr edirik ki, nəyə görə, bir milyon qaçqın-köçkünün hüquqları unudulur və bir neçə nəfərə görə Azərbacana belə münasibət sərgilənir. Avropa Şurasından fərqli olaraq, biz öhdəliklərimizə sadiqik.

- Amma bir məsələ də var ki, üzv ölkələrin hökumətləri öz vətəndaşlarının hüquq və azadlıqlarına görə, öhdəliyə imza atıb. Bu baxımdan Azərbaycanda insan hüquqları problemlərini hökumət qarşısında qaldırmaq məntiqlidir.
- Mən sizinlə razı deyiləm. O zaman nədən Krım məsələsinə görə Rusiyanı cəzalandırdırdılar? O zaman bunu etməzdilər. İlqar Məmmədov sadəcə bəhanədir.

- Bəlkə, bu bəhanəni əllərindən almaq üçün onu azadlığa buraxsınlar…
- Bəlkə də İlqar Məmmədovu Avropa Şurasında şəxsən tanıyan yoxdur. Bəzi qüvvələr həm Avropa Şurasında, həm də Qərb mediasında və digər qurumlarda Azərbaycan əleyhinə sistemli iş aparırlar. İlqar Məmmədov olmasın, başqa adam tapacaqlar. Söhbət budur. Bu gün Azərbaycan vətəndaşları Dilqəm, Şahbaz öz torpaqlarında girövdurlar. Avropa Şurası ölkələrin suverenliyini tanıyan qurum kimi niyə, Ermənistanı məcbur etmir ki, onları azad et. Axı, bu insanlar Ermənistan ərazisinə getməyib. Eyni məntiqlə BMT-ni göstərmək olar. 4 qətnamə 24 ildir ki, icra olunmur.

- Qarşıdan prezident seçkiləri gəlir. YAP qurultayını nə zaman keçirib, namizədini müəyən edəcək?
- Bizim rayon-şəhər təşkilatlarımız öz konfranslarını yekunlaşdırır. Bu konfranslar özü elə seçkiyə hazırlıq deməkdir. Konfrsanslarda ötən dövrü hesabatı verilir, çatışmamazılıqlar müzakirə edilir, qarşıdakı fəaliyyət üçün istiqamətlər müyyən olunur. Qurultayda isə namizədimiz təbii ki, müəyyən olunacaq.

- Namizəd İlham Əliyevdir ya, başqa seçim olacaq?
- İlham Əliyev Yeni Azərbaycan partiyasının lideridir. Bütün məsələləri qurultay həll edəcək. Qurultay əvəzindən mənim danışmağım doğru olmaz.

Gununsesi.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: etmirik, achiqlamalar, hucum, Deputatdan, LGNC, hech, , kese, Biz
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ