yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Evim, maşınım olandan sonra oğlan özü gələcək” - Video

“Evim, maşınım olandan sonra oğlan özü gələcək” - Video
9-10-2017, 14:16 60 008 dəfə baxılıb
yüklənir...

Ağır atletika üzrə 3 qat Avropa çempionu Səbinə Əzimovanın “Qafqazinfo”ya müsahibəsi:

- Kosovoda keçirilən qitə çempionatında üçüncü dəfə Avropa çempionu oldunuz. Ora gedəndə bu inam var idi?

- Təbii ki, burdan gedəndə özümə inanırdım. Rəqiblərim daha hazırlıqlı gəlsələr də, onlardan üstün olacağıma inanırdım. Heç kimin nə göstərəcəyini bilmirdim. Yenə də qızıl medalı qazandım. Himnimizi səsləndirdim və çox sevindim.

- Qatıldığınız yarışda çoxlu sayda erməni olub. Hətta azarkeşlər və idmançılar da çoxluq təşkil edirdi...

- Düzdür, ermənilər çox idi. Bir də rumıniyalılar gəlmişdi. Kənardan durub qəribə hərəkətlər edirdilər ki, fikrimizi yayındırsınlar. Amma mən provokasiyaya getmədim və qələbə qazandım.

- Ağır atletika qadın üçün çox çətin idman növü deyil?

- Mən əslində başqa idman növlərini seçmişdim. Amma müəllimim Taleh Hüseynov məni atletikaya yönləndirdi. Şəfa adlı rəfiqəm var idi. O da mənə dedi ki, bu idman sənin üçün daha yaxşıdır və uğur qazanacaqsan. Gəldim və sınadım, alındı.

- Başqa idman növü deyəndə yəqin ki, karyeranıza futbolla və güləşlə başlamağınızı nəzərdə tutursunuz...

- Futbola 9 yaşımda başladım. 2 il oynadım və atletikaya keçdim. Futboldan imtina etməyimə səbəb isə yağış yağarkən meydana çıxmaq idi. Yağışlı havada stadionda qaçmaqdan bezirdim, dözə bilmirdim. Böyük bacıma dedim ki, istəmirəm. O da məni atletikaya yönləndirdi.

- Bacınız da idmançı idi?

- Otüstü xokkeylə məşğul idi. Artıq atıb.

- Qadına idman yaraşır?

- Əlbəttə ki, yaraşır.

- Qadın bizdə həmişə incəlik rəmzi olub. Amma idmançı qadınların kobud olması bu ifadəyə yol açıb...

- Mən kobudluğu sevirəm. Vallah sevirəm. Mən əvvəllər fitnesmodel olmaq istəyirdim. Ona görə də ağır atletika məni cəlb etdi. Düzdür, atletika ilə fitnes birlikdə alınmır. Fitnesmodellər var ki, qollarında, ayaqlarında böyük əzələlər var. Bax onlara oxşamaq istəyirəm. 28-30 yaşında atletikanı tərk edəcəyəm və fitnesmodel olacağam.

- Dünyanın məşhur fitnesmodellərindən kimi örnək götürürsüz?

- Heç kimi. Mən özüm daha yaxşısı olacam.

- Ailəniz nə əcəb ağır atletikaya qarşı çıxmadı?

- Futbola və güləşə gedəndə anam icazə verirdi. Atletikaya gələndə çox narazılıq etdi və üstümə qışqırırdı. Bütün günü zəng edirdi ki, olmaz. Deyirdi ki, bu qadın üçün idman növü deyil. Ona cavab verdim ki, qadınlar güləşir, boksda rinqə çıxır. Atletika da olar. Çünki fikrim burda idi. Bacım, rəfiqəm mənə demişdi. Müəllim futbol məşqinə gedəndə 3-4 dəfə yolumu kəsib atletikaya gəl demişdi. Deyirdilər ki, guya, boyum balaca qalacaq. Amma elə olmadı. Bura gələndən sonra zona yarışlarına çıxdım və medal qazandım. İki-üç dəfə medaldan sonra anam da razılaşdı və dedi ki, problem yoxdur.

- Azərbaycanda atletika və ya konkret desək, qadınların ağır atletikası inkişaf etməyib...

- Yaxşı məşqlər etsək, bütün fikrimizi bura yönəltsək, mütləq olacaq.

- Azərbaycanda 10 dəfə ölkə çempionu olmusuz. Rəqib yoxdur?

- Mən özümə rəqib görmürəm. Tək rəqibim “ştanq”dır. Heç Kosovadakı Avropa çempionatında da rəqib yox idi. Nə Türkiyədə, nə Azərbaycanda, nə də hər hansı yarışda özümə rəqib yoxdur. Mənim üçün ən çətin rəqib İslam Oyunlarında indoneziyalı qız olub. Hansı ki, ikinci yeri tutmuşdu. O, çox güclü idi.

- İdmanı seçən qadınlar şəxsi həyatlarından uzaq düşürlər...

- Mən ancaq idmanı fikirləşirəm. Onu 24 yaşından sonra düşünəcəyəm.

- Sevgi etirafları olub?

- Olub, amma mən istəmirəm. Mənim evim, maşınım, pulum olandan sonra oğlan özü gələcək.

- İdmanda böyük pullar var. Nə qazanmısız?

- Mənə atletika təklif edən müəllimim yaxşı pulumun, evimin, bahalı telefonumun olacağını bildirdi. Onda uşaq idim. Düşünürdüm ki, maşınım, evim olacaq. Birinci dəfə Avropa çempionu olanda evim oldu. Tofiq Heydərov mənə ev verdi. Amma daha yaxşı nəticələr olacaq.

- Ağır atletikada adətən ciddi zədələr olur. Bundan qorxmursuz?

- Yox, qorxmuram. Bir dəfə ciddi zədə almışdım. Həkim həmin vaxt demişdi ki, 3 ay idmandan uzaq qalmalısan. Amma razılaşmadım. Müalicə oldum və şükür hər şey qaydasına düşdü. 20 gün idmandan uzaq qalmaq belə çox ağır gəldi mənə.

- Universitet oxumaqda məqsədiniz nədir?

- Mən istəyirəm ki, universitetdən diplom alım və gələcəkdə məşqçi olum. Balaca yetirmələrim olsun. Doğrudan, buna çox sevinərəm.

- Ağır atletika bu gün dopinqin belə deyək “toruna düşüb”. Sizcə, dopinqdən istifadə edənlərin məqsədi nədir?

- Mən heç zaman ondan istifadə etməmişəm. İstəmirəm ki, mənə yönəlsin. Bunu istifadə edənlər bütün əziyyətlərini kiminsə ayağının altına atırlar. Mən adi vitaminləri belə güclə istifadə edirəm. Bir vitaminə görə o qədər söz eşidirəm ki, birini atıram. İnsanın gücü dopinqdən daha çoxdur.

- İslam Oyunlarında idmançılarımız dopinqə düşmüşdü. Onlarla üz-üzə gəlmişdiz?

- Biz İslam Oyunları zamanı Şüvəlanda oteldə qalırdıq. Orda məşqçi mənə sual verdi ki, vitamini içirsən? Dedim ki, yox, içmirəm. Özü də bilirdi ki, mən vitaminləri güclə istifadə edirəm. Yəqin ki, məndən “söz almaq istəyirdi”. Məşqçinin adını çəkəyəcəm, amma məndən soruşmuşdu ki, “dopinqdən də istifadə etmirsən?” Cavabım isə təbii ki, “yox” idi. Mənə dedi ki, sən medal qazanacaqsan. Onun tələbəsi isə 2 gün sonra dopinqdə ilişdi. Əslində biz daha başı yuxarı olmalı idik.

- Digər idman növlərini izləyirsiz?

- Əvvəl futbola baxırdım. İndi mənə qəribə gəlir ki, 22 nəfər niyə bir topun dalınaca qaçır?!

- Kosovodakı yarışa görə mükafat aldınız?

- Hələ almamışam. (müsahibədən bir neçə gün sonra idmançılara mükafat verilib).

Səbinə Əzimovanın müəllimi Taleh Hüseynov da yetirməsinin uğurundan danışıb:

- Səbinə belə desək, tarix yazır...

- Çox böyük uğurlar qazanıb. Avropa çempionu olmaqla bizi çox sevindirdi. Səbinə kimi birinin uğur qazanması ilə ancaq fəxr etmək olar. O, 2015-ci ildə 15 yaşlılar arasında Avropa rekordu qırmışdı. Medal sayında da birinci olduq. Kişilərin yarışında da uğurlar qazandıq.

- Səbinə kimi idmançılar gələcəkdə yetişəcəkmi?

- Əlbəttə ki, istedadlar var. Məsələn, Leyla Qurbanova var. Yaşı az olsa da, gələcək vəd edir. Səbinəyə baxıb üzərində işləsə, çox yaxşı olacaq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Video, olandan, sonra, Evim, gelecek, ozu, , mashinim, oglan
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ