SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əli İnsanovun məhkəməsi başlayır

Əli İnsanovun məhkəməsi başlayır

Tarix:

5-10-2017, 13:09

/ 61 388 dəfə oxundu.
Əli İnsanovun məhkəməsi başlayır

Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə apellyasiya qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayır.
İlk iclas noyabrın 14-də keçiriləcək. Prosesə Ali Məhkəmənin hakimi Fərhad Kərimov sədrlik edir.

Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə Ə. İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Ə. İnsanov həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib.

Ə.İnsanov qanunsuz narkotik daşımada, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə və cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlamaqda təqsirləndirilib.

Ə.İnsanov bundan əvvəl isə 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Şərhlər

XƏBƏR LENTİ