yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Get doğulduğun yerdə çəkiliş elə" -Lənkəran RPŞ-nin rəisindən jurnalistə sərt cavab

3-10-2017, 15:52 80 658 dəfə baxılıb

Sentyabrın 30-da jurnalist İslam Şıxəli Lənkəran rayonunda Aşura mərasimindən reportaj hazırlayarkən yerli polis tərəfindən saxlanılıb.
Jurnalist hadisə ilə bağlı Toplum Tv-nin suallarını cavablandırıb.

- İslam bəy, hadisə necə baş verdi?

- Deməli mən Lənkərana getmişdim. Orada Böyük Bazar məscidində çəkiliş etməli idim. Mərasimin başlamasını gözləyirdim.Mərasim başladı və mən də başladım çəkiliş etməyə.Oradakı polislərdən biri gəlib yaxınlaşdı mənə , dedi ki, nə edirsən burada? Dedim jurnalistəm, çəkiliş edirəm. Çəkiliş etmək hüququm var. Məndən çəkilişi dayandırmağı və onunla polis bölməsinə getməyi tələb elədi.Məscidin həyətinin çıxışında Lənkəran polis şöbəsinin rəisi İslam Hümbətov dayanmışdı. O göstəriş verib ki, aparın bunu, gözləyin gəlirəm.Biraz da təhqiramiz ifadələrlə. Apardılar məni ora , orada içəri girəndə qarnıma, mədəmə, sinəmə 1-2 dənə vurdular. Sonra rəis gəldi, söhbət etdi. Başa saldım ki, jurnalistəm ,mənim çəkiliş etmək hüququm var, bu çəkilişi Bakıda edə bilirəmsə, niyə bunu Lənkəranda edə bilməyim? O mənə dedi ki, sənin doğulduğun yer filan rayondu, bəs niyə gedib orada çəkiliş etmirsən, və yaxun niyə gedib Bakıda etmirsən Lənkərana gəlirsən? Mən də dedim ki, ölkə ərazisində istədiyim yerdə çəkiliş edə bilərəm.Dedi tələsmə, indi sənin telefonundan Bağdadinin ( İŞİD lideri Əbu Bəkir əl Bağdadi- red.) şəkli çıxacaq. Əslində orada çox söhbətlər oldu, polis üzümə durdu. Heç kəsə deməmişəm ki, çox uzanmasın şikayətimin məzmunu. Məni saxlama yerinə saldılar. Bir saata yaxın gözlətdilər, apardılar rəisin yanına, rəis dedi ki, gedirsən Bakıya, burayla bağlı material çıxsa, məlumat versən özüm səni şəxsən tapacam, qanun çərçivəsində yox, öz bildiyim kimi cəzalandıracam. Gətirdilər məni Lənkəranın mərkəzinə, orada bir taksiyə otuzdurdular. Gecə hardasa saat 1 i di, taksi sürücüsü dedi ki, bir nəfərdi, mənim başqa adamım yoxdu aparım. Sürücüyə dedilər eybi yox, gözlə burada. Çantamı qoydular maşının baqajına və sürücüyə dedilər ki, Bakıya çatana kimi buna qaytarma. Gördüm gecdir, başqa maşınlar gedir. Çantamı götürdüm çıxdım gəldim Bakıya.

- Baş verənlərlə bağlı hansı addımları atacaqsız?

-Bununla bağlı artıq Daxili İşlər Nazirliyinə və Respublika Baş Prokurorluğuna şikayət vermişəm. Cavablarından asılı olaraq məhkəməyə müraciət edəcəm. Bir problemli məsələ də var ki, işi isbatlayacaq şahid yoxdur. Aparıldığımı görən adamlar olub, onlar da tamamilə kənar adamlar olub, mən orada tamamilə tək olmuşam. Dindarlar idi. Sadəcə, mən də onları tək-tək haradansa tapa bilmərəm. Çünki mənimlə heç bir tanışlıqları yoxdu onların. Polisə gətirilməyimin sübutunu polis bölməsindəki kameralardan və oradakı qeydiyyat kitabçasından götürmək olar. Amma orada nə baş verib , məni nə qədər saxlayıblar - onları bilmirəm qeyd ediblər ya yox. Yaxud məhkəməyə müraciət etsək, o görüntüləri verəcəklərmi ?!

- Azərbaycanda məmurların jurnalistlərə qarşı zorakılığı, zor tətbiq etmələri tez -tez olur. Ümumiyyətlə bunun qarşısını necə almaq olar?

- Mənim fikrimcə bunun kökündə böyük dəyişiklik durur. Polisin, məmurun nəinki jurnalistə, istənilən vətəndaşa zor tətbiq etməməsi üçün polisin onlardan üstün sayılmaması lazımdır. Bunun üçün də insanın aliliyi, demokratik prinsiplər, plüralizm əsas rol oynayır. Məsələn, polis rəisi mənimlə danışanda "səni belə eləyə bilərəm, elə eləyə bilərəm" deyirsə, deməli o vəzifəsinə görə normal vətəndaşdan və digər peşə sahiblərindən özünü ayırır. Köklü dəyişiklik lazımdır. İnsanların beynində dəyişiklik olmalıdır, hakimiyyət dəyişikliyi olmalıdır.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: jurnaliste, Get, yerde, Lenkeran, chekilish, RPSh nin, cavab, reisinden, ele, doguldugun, sert
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-12-2017


14-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ