SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sərnişinlər sürücünü döymək istədilər - 18 saylı avtobusda qalmaqal

Sərnişinlər sürücünü döymək istədilər - 18 saylı avtobusda qalmaqal

Tarix:

18-09-2017, 16:32

/ 52 914 dəfə oxundu.
Sərnişinlər sürücünü döymək istədilər - 18 saylı avtobusda qalmaqal

Bu gün günorta saatlarında 18 saylı avtobusda sürücü ilə sərnişinlər arasında qalmaqal yaşanıb.

Hadisənin şahidi olan əməkdaşımızın verdiyi məlumata görə, cavan bir qızın havasızlıqdan ürəyinin getməsi sərnişinlərin narazılığına səbəb olub: "Gözümüzün önündə qız yerə yıxldı. Ətrafdakıların köməyi ilə onu güclə yerdən qaldırdıq, oturacaqa yıxdıq. 5-10 dəqiqədən sonra, "Elmlər Akademiyası" metrostansiyasına çatana yaxın qız özünə gəldi. Hava isti, avtobusda kondisioner də işləmir. Prospektdə də tıxac. Bir kişi iradını sürücüyə bildirdi. Sürücünün onunla kobud davranması avtobusdakı digər sərnişinlərin kütləvi etirazına səbəb oldu. Az qaldı ki, sürücünü döysünlər..."
Əməkdaş daha sonra bildirib ki, dayanacağa yaxın hava şatışmazlıq bir rus qadının da halını pisləşdirdi. O da az qalmışdı ki, yerə yıxılsın: "Dayanacaqda düşən cavan oğlanlardan biri də sürücüyə yaxınlaşaraq ona sərnişinlərlə nəzakətli davranmasını tələb etdi: "Oğlan o qədər əsəbləşmişdi ki, əlindəki 20 qəpiyi sürücünün üzünə çırpdı. Sürücü yaxınlqdakı polisləri çağıraraq onu tutmalarını istədi. Polisləri görən cavan qaçıb aradan çıxa bildi".

Avrasiya.net

Şərhlər

XƏBƏR LENTİ