“The Modern Family” serial ilə ulduzu parlayan Ariel Winter “The Hollywood Reporter” qəzetinə müsahibə verib
19 yaşı aktrisa anası Crystal Workman barədə ağır ittihamlar səsləndirib.
Ariel bildirib ki, anası ona 7 yaşından bəri mini ətək geyindirib:
"Anam 7 yaşımdan bəri mənə mini ətəklər, dekolteli paltarlar geyindirirdi. 12 yaşım var idi, amma insanlar mənə 24 yaş verirdi. Əminəm ki, o zamanlar çılpaq səhnələrdə rol almağım gərəksəydi, anam bunu qəbul edərdi”.