yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycanın beynəlxalq tibb sahəsindəki layihəsi - Həkim Tap

Azərbaycanın beynəlxalq tibb sahəsindəki layihəsi - Həkim Tap
8-09-2017, 09:36 89 651 dəfə baxılıb

"Həkim Tap" şirkətinin Azərbaycandakı rəhbəri Rüfət Həsənzadənin müsahibəsini təqdim edirik:

- Rüfət bəy, Həkim Tap layihəsi haqda ümumi məlumat verərdiniz...

- Həkim Tap tibb sahəsində beynəlxalq layihədir. Şirkətimiz artıq 5 ölkədə - Azərbaycan, Gürcüstan, Pakistan, Qazaxıstan, və Ukraynada fəaliyyət göstərir və ilin sonuna kimi 10 ölkədə işini davam etdirəcək. Həkim Tap artıq Azərbaycanın ən geniş onlayn tibb portalıdır və bizim xidmətlərimizdən hər gün on minlərlə insan faydalanır.

Www.hekimtap.com saytı vasitəsi ilə həm peşəkar tibb işçiləri, həm də adi istifadəçilər axtardıqlarını rahatlıqla tapa bilərlər.

- İnsanların sizin saytdan istifadə etməkdə marağı nədir?

- İstifadəçilər burada rahatlıqla müxtəlif kriteriyalara görə həkim seçimi edə bilərlər. Həkim axtarışı geoqrafik lokasiyaya, təcrübəyə, elmi məqalə və ya təklif edilən aksiyalara görə həyata keçirilir. İstifadəçilər onlayn qeydiyyatdan keçməklə həkimin qəbuluna düşə və həmçinin söhbət bölməsi vasitəsi ilə onlayn şəkildə öz suallarını qarşı tərəfə ünvanlaya bilərlər. Əlavə olaraq həkimlərin müxtəlif mövzularda maarifləndirici video bloqlarına da baxmaq mümkündür. Həkimlərdən əlavə, istifadəçilərimiz klinikaların və apteklərin də xidmətlərindən yararlana bilərlər. Bunlara yüzlərlə aksiyaları, ödənişsiz müayinələri və apteklərdən pulsuz çatdırılma xidmətlərini misal göstərmək olar. Tibb sahəsində çalışan peşəkarlar üçün də müxtəlif xidmətlər təklif olunur. İlk öncə saytımızda həkimlərin şəxsi profilləri yaradılır. Hansı ki, orada həkimlər özləri haqda geniş məlumatları, aksiyaları və məqalələrini rahatlıqla yerləşdirə bilərlər. Həkimlər şəxsi profillərində yerləşdirdikləri məqalələrlə özlərini beynəlxalq səviyyədə tanıtdırırlar. Belə ki, bu məqalə təkcə Azərbaycanda deyil, digər əcnəbi ölkələrdə də həm peşəkar tibb işçiləri, həm də adi istifadəçilər tərəfindən oxunur.

Mövzuya aid olan linklər:

http://hekimtap.com/

http://hekimtap.com/az/h%C9%99kiml%C9%99r

http://hekimtap.com/az/aksiyalar

http://hekimtap.com/az/video_bloqlar

http://hekimtap.com/az/m%C9%99qal%C9%99l%C9%99r

- Bildiyimizə görə, sizin layihə təhsilə də böyük önəm verir...

- Bəli, tibbdə təhsil bizim prioritet istiqamətlərimizdən biridir. Burada əsas məqsədimiz təhsildə nail olmaq istədikləri hədəflərə çatmaq üçün tibb işçilərinə yüksək texnologiyalar vasitəsi ilə kömək göstərməkdir. Bununla yanaşı, biz müxtəlif seminarlar, konfranslar, master-klasslar da təşkil edirik. Həkim Tap beynəlxalq layihə olduğu üçün gələcəkdə də bir sıra beynəlxalq konqreslər və təhsillə bağlı böyük tədbirlər keçirəcəyik. Bu, bizim tibbdəki təhsilimizin və ümumilikdə tibb sahəsinin inkişafına təkan verəcəyi üçün Azərbaycanda belə tədbirlərin sayını daha da artırmaq istəyirik. Qeyd edim ki, belə tədbirlərin mütəmadi təşkil edilməsi Azərbaycanı regionda tibbi inkişafı olan bir ölkə kimi tanıtdıracaq. Bu da gələcəkdə xarici ölkələrdən tibbi xidmətlərdən yararlanmaq üçün insanların Azərbaycana axın etməsinə səbəb olacaq. Həmçinin abiturient, tələbələrimizə və tibb işçilərinə xaricdə təhsil, universitetlərə qəbul, praktika, rezidentura və ordinatura keçmək üçün də köməklik göstəririk.

Mövzuya aid olan linklər:

http://hekimtap.com/az/x%C9%99b%C9%99rl%C9%99r

http://hekimtap.com/az/x%C9%99b%C9%99rl%C9%99r/xroniki-boyun-v%C9%99-bel-a%C4%9Fr%C4%B1lar%C4%B1nda-mini-invaziv-c%C9%99rrahi-m%C3%BCalic%C9%99-yollar%C4%B1

http://hekimtap.com/az/x%C9%99b%C9%99rl%C9%99r/t%C3%BCrkiy%C9%99d%C9%99-tibbi-praktika

http://hekimtap.com/az/x%C9%99b%C9%99rl%C9%99r/nevroloji-master-klass-3

- Layihənizdə daha hansı xidmətlər var?

- Layihə çərçivəsində tibbdə karyera inkişafı xidməti də mövcuddur. Karyera inkişafı nədir? Bununla bağlı bizə müraciət edənlər həkimlər, rezidentlər, müxtəlif tibb işçiləri və tələbələrdir. Biz onlara Azərbaycanda, həmçinin xarici ölkələrdə daimi və ya müvəqqəti işə düzəlməyə köməklik göstəririk. Onlara karyera qurmalarında beynəlxalq təcrübəyə əsasən məsləhətlərimizi veririk.

Mövzuya aid olan linklər:

http://hekimtap.com/az/x%C9%99b%C9%99rl%C9%99r/karyeran%C4%B1z%C4%B1-hekimtap-la-qurun

- Qarşıdakı hədəfiniz nədir və planlarınız haqda nə deyə bilərsiniz?

- Qeyd etdiyim kimi biz artıq 5 ölkədə fəaliyyət göstəririk. Yaxın hədəfimiz qarşıdakı iki il ərzində 3 milyarddan çox insanı əhatə etməkdir. Bunun üçün də biz gələcəkdə Avropa və Asiya bazarlarına daxil olmağı planlaşdırırıq.

Saytın inkişafı haqda yalnız onu deyə bilərəm ki, bizim strategiyamız və roadmap 1 illik yazılıb və yeni funksional və ya servis xidmətləri tətbiq olunduqda bunu ictimaiyyətə təqdim edəcəyik.

- Qarşınıza qoyduğunuz hədəflərə çatmaqda sizə uğurlar arzulayıram.

- Arzularınız və xoş sözləriniz üçün siz sağ olun. Mən də öz növbəmdə sizə və bütün Azərbaycan xalqına sağlamlıq arzulayıram.

"Qafqazinfo"


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: beynelxalq, Hekim, layihesi, sahesindeki, Azerbaycanin, , Tap, tibb
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ