SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Məşhur mama ginekoloqdan qadınlara tövsiyyə

Məşhur mama ginekoloqdan qadınlara tövsiyyə

Tarix:

28-08-2017, 10:42

/ 60 182 dəfə oxundu.
Məşhur mama ginekoloqdan qadınlara tövsiyyə

Müsahibimiz Gülnar Məmmədova haqqında qısa tanışlıq

Gülnar Məmmədova Yunis qızı 1979 cu ildə Balakən rayonunda anadan olub. 1985 ci ildə həmin rayonda 1 ci sinfə getmişdir. 1996 cı ildə orta məktəbi bitirmişdir. Və 1997 ci ilə Rusiya Fedarasiyası Arxangelsk şəhərində Şimal Dövlət Tibb Universitetinin müalicə işi fakultəsinə qəbul oluş və 2003 cü ildə həmin universiteti bitirmişdir. 2003-2004 cü illərdə həmin şəhərin 1 nömrəli şəhər xəstəxanasında Mamalıq və Ginekologiya üzrə internaturanı bitirmişdir.2004-2005 ci ildə həmin xəstəxanada həkim mama ginekoluq vəzifəsində işləmişdir. 2007– 2011 ci illərdə Bakı şəhərində özəl xəstəxanalarda çalışmaqdadır. 2011 ci ildən daimi olaraq Baku Medical Plaza klinikasında çalışır. 2011 ci ildən Türkiyədə uzun müddətli kurslar keçmişdir.

· Ginekoloji baxımdan bizim qadınlarının sağlamlıq vəziyyətini necə dəyərləndirirsiniz?

- Ginekoloji baxımdan Azərbaycan qadınlarının sağlamlıq vəziyyəti digər ölkələrdəki qadınların vəziyyətindən hansısa xüsusiyyəti ilə seçilmir. Amma ilk növbədə gözəçarpan yeganə məsələ, xüsusən də mamalıq sahəsində həkimlərə bir qədər inamsızlığın müşahidə edilməsidir. İkinci tərəfdən, yumşaq desək, qarşılaşdıqları vəziyyətlərdə ailələrdə son qərarı qadınlar vermir, yekun qərarı qayınana və ya ər qəbul edir. Bu, düzgün deyil. Onlar vəziyyəti heç vaxt düzgün qiymətləndirə bilməzlər. Həkim bir söz deyir, qayınana isə "yox, bunu belə etmək lazım deyil" deyir. Sonda isə bu, pis nəticələnir. Hesab edirəm ki, burada kifayət qədər savadlı, yaxşı həkimlər var. Əgər həkim pasiyentə nəyisə tövsiyə edirsə, onu yerinə yetirib-yetirməmək pasiyetin öz seçimi, öz hüququdur. Amma mən pasiyentlərin həkimlərə inanmamağı üçün səbəb görmürəm.

- Bizim qadınlar ginekoloji baxımdan özlərinin sağlamlıqlarının qayğısına qalırlarmı?

- Qadınlarımız öz sağlamlıqlarının qayğısına qalırlar - həkimə müraciət edir, onunla məsləhətləşirlər.

- Azərbaycan qadınları arasında daha çox hansı xəstəliklərə təsadüf olunur və bunun səbəbi nədir?

- Allah bizim hamımızı eyni yaradıb. Biz müxtəlif şəraitlərdə yaşayır, fərqli, spesifik xüsusiyyətlərə malikik. Amma demək olar ki, qadınların hamısında eyni xəstəliklər müşahidə edilir. Azərbaycan qadınlarının başlıca problemləri düzgün qidalanmamaqla, düzgün olmayan həyat tərzi ilə əlaqədardır. Qarşılaşdığım hallardan birini qeyd edim. Artıq çəkinin təsirindən orqanizimdə baş berən pozğunluğuna rast gəldiyim qızdan soruşuram ki, siz idmanla məşğul olursunuzmu, yürüş və ya hərəkət edirsinizmi? Cavab verir ki, xeyir. Əgər artıq çəkinin təsirindən hormonal fon dəyişirsə, sonra bu qızdan necə yaxşı, reproduktiv sağlamlıq gözləmək olar? O gələcəkdə hamiləlik dövrü və doğuş prosesini necə keçirəcək? Düzdür, Azərbaycan standartlarına görə bu gün Avropa səviyyəsinə qalxır, amma insanların təfəkkürünü də dəyişmək lazımdır.

- Azərbaycanda daha çox xaricdən gələn həkimlərə maraq göstərilir...
- Əlbəttə, burada çox yaxşı həkimlərmiz var. Hər bir həkim hansısa istiqamət üzrə - kimisi mamalıq, kimisi ginekologiya, kimisi perenatal diaqnostika üzrə dərindən ixtisaslaşıb. Bizdə yaxşı komanda formalaşıb. Qadınların başqa ölkələrdən olan həkimlərlə maraqlanmasını isə izah edə bilmirəm. Bizim qadınlar elə başa düşür ki, bu həkim xarici ölkədən gəlibsə demək bundan yaxşısı yoxdur . Yox! Bu əsla belə deyil . Əgər xəstə vaxtı vaxtında müayinəyə gəlsə daima biz onu nəzarətdə saxlasaq, inandırım sizi qadınlarımız özləri görərlər ki, həqiqətən bizim həkimlər güclüdü. Ona görə də bu gün ölkəmiz bu sahədə yüksək göstəricilərə nail olunub.

· - Sizdən şikayətçi olan olan xəstə olubmu?

· Bəli. Əlbətdə iş olan yerdə razılıqda narazılıqda olur. Mən özəl xəstəxanada işləyirəm və özəl klinikaların özünə məxsus qaydaları olur.Bu qaydaları biz həkimlər deyil, müdiriyyət təyin edir.Və klinikaya müraciət edən posientlərdə bəzən bu qanunları qəbul etmək istəmirlər. buna görə də problemlər yaranır. bizə hər cürə xəstələr müraciət edir.Kaprizli xəstələr olur.Biz bunlara baxmayaraq xidmətimizi yüksək səviyyədə göstəririk. Ona görədə bizə müraciət edən pasientlərimiz göstərdiyimiz xidmətdən çox razı qalırlar.
- Sizcə, Azərbaycan ailələrində sonsuzluq halları daha çox qadınların, yoxsa kişilərin səhhətlərində yaranmış problemlə əlaqədar yaranır? Ailələrdə sonsuzluq hallarının baş verməsinin günahını kimdə - qadında, yoxsa kişidə axtarmaq lazımdır?
- Əvvəllər sonsuzluq hallarında qadınları günahlandırardılar. Amma bu gün bizim ölkədə, eləcə də bütün dünyada vəziyyət dəyişib. Kişilər çox yeyir, spirtli içkilər qəbul edir, piylənməyə məruz qalırlar. Bu da kişilərdə funksiyaların pozulması, spermanın tərkibinin pisləşməsi ilə nəticələnir. Bütün dünyada kişilərdə spermatozoidlərin sayı, həcmi azalıb. Bu gün bizdə qadın-kişi nisbəti arasında sonsuzluq problemlərinin səbəbləri 50-50-yədir. Sonsuzluq səbəblərinin hətta 60 faizi kişilərin, 40 faizi isə qadınların payına düşür. Sizdə də eyni vəziyyətdir.
Konsultasiyalarda görürəm ki, problem partnyorların ya hər ikisindədir, ya da əsas kişilərdədir. Qadınlarda sonsuzluq halları daha çox hormonal halların pozulması ilə bağlıdır. Kişilərdə isə bu sahədə mütəxəssis olmasam da, deyə bilərəm ki, onlarda daha çox iltihabi xarakterli, həmçinin valideynlərin vaxtında diqqət yetirmədiyi uşaqlıq dövründən yaşanan problemlər olur. Qızlar kimi oğlanlar da ölkənin reproduktiv ehtiyatları sayılırlar.

Şərhlər

XƏBƏR LENTİ