yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Sazda çalıb-oxuyan Hafiz Hacıyev bu dəfə Aşıqlar Birliyini “VURDU”

Sazda çalıb-oxuyan Hafiz Hacıyev bu dəfə Aşıqlar Birliyini “VURDU”
17-08-2017, 16:04 131 959 dəfə baxılıb

“Aşıqlar Birliyindən 2-3 nəfər toylarda oxuyur onları tanıyıram. Bizim aşıq sənətinə böyük hörmətimiz var. Ona görə ki, biz Aşıq Ələsgər yurdundanıq. Mənim babam Aşıq Ağayar da Aşıq Ələsgərin şagirdi olub. Amma çox təəssüflər olsun ki, bu gün Aşıqlar Birliyini və aşıq sənətini yararsız hala gətiriblər. Onların heç bir fəaliyyəti yoxdur”.

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Modern.az-a açıqlamasında deyib.

Hafiz Hacıyev Aşıqlar Birliyininin işçilərinin bu sənəti öldürdüklərini deyib.

“Bu gün Aşıqlar Birliyininin fəaliyyəti məni qane etmir. Düşünürəm ki, Aşıqlar Birliyinində islahata çox böyük ehtiyac var. Kiminsə xahişi ilə Aşıqlar Birliyininin sədri olanlar bu sənəti məhv edib. Aşıqlar Birliyində vəzifədə oturanların çoxunun bu sənətdən xəbəri də yoxdur. Ona görə də bizim aşıq sənəti bu günə qalıb”.

Partiya sədri şeir yazmaq, saz çalıb-oxumaq qabiliyyətinin olduğunu deyib.
“Sadəcə olaraq mən başqaları kimi kitab çap etdirmirəm. Sazda çalıb-oxuya bilirəm. Həmçinin siyasət başımı o qədər qatıb ki, bu sahədə öz gücümü ortaya qaya bilmirəm. Həm də bəzi adamlar var ki, bu sənəti korlayırlar. Aşıq sənəti Azərbaycanda tənəzzül dövrünü yaşayır. Belə getsə biz bu sənəti itirəcəyik. Çünki Aşıqlar Birliyində vəzifədə naşılar oturub”.

Hafiz Hacıyev “gələcəkdə Aşıqlar Birliyinə üzv olmaq fikriniz yoxdur ki? sualına belə cavab verib:

“Xeyr. İndi aşıq sənəti qalmayıb. Mən nə aşıq olası, nə də saz çalası deyiləm. Çünki Azərbaycanın prezidenti olmalıyam. Onu da deyim ki, prezident olduqdan sonra Aşıq sənətinin inkişaf etdirilməsi üçün xüsusi sərəncam imzalayacağam. Bu qurumda vəzifədə oturan şəxsləri işdən azad edəcəyəm. Düşünürəm ki, bundan sonra Azərbaycanda aşıq sənəti inkişaf edər”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: defe, chalib oxuyan, Sazda, VURDU, Birliyini, Ashiqlar, Haciyev, Hafiz, bu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ