SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Rasim Məmmədov millət vəkili Qənirə Paşayevaya irad tutdu

Rasim Məmmədov millət vəkili Qənirə Paşayevaya irad tutdu

Tarix:

4-08-2017, 22:47

/ 107 851 dəfə oxundu.
Rasim Məmmədov millət vəkili Qənirə Paşayevaya irad tutdu

Məlum olduğu kimi, Baş nazirin müavini Əli Həsənovun nəvəsi Bakının Heydər Əliyev prospektində avtomobili ilə qəza törədib. Qəza zamanı ölən və yaralananlar olmuşdu. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, ölkə ictimaəti hadisəyə səbəb olan 10 PP 203” dövlət nömrə nişanlı “Mercedes Gelandewagen” markalı avtomobilin sahibi Nail Allahverdiyevi qınaq obyektinə çevirib. Hətta hadisə ilə bağlı millət vəkilləri münasibət bildirərək, avto qəzaya səbəb olanları kəskin şəkildə tənqid ediblər.
Məsələ ilə bağlı xalqxeber.az-a münasibətini bildirən İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov ilk öncə bu hadisəyə biganə qalan millət vəkili Qənirə Paşayevanı tənqid atəşinə tutub. Belə ki, O, açıqlamasında qeyd edib ki, millət vəkili Qənirə Paşayeva bir müddət öncə “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobillə iki uşaq anası X.Məmmədovanın ölümündə günahlandırılan 14 yaşlı Ağaəli Füzuli oğlu Fərəcovun həbs olunması ilə bağlı kəskin şəkildə bəyanat vermişdi. Hətta hadisə zamanı dünyasını dəyişən X.Məmmədovanı müəllim kimi qələmə vermişdi.Həmin bəyanatdan sonra 14 yaşlı Ağaəli Füzuli oğlu Fərəcov intihara cəhd edib. Çünki millət vəkilinin son dövrlər verdiyi bəyanatlar ailələrdə hadisələrə, proseslərə və çətinliklərə hətta intihara gətirib çıxarır. Daha sonra Naxçıvanda baş verən zorlama faktı ilə bağlı millət vəkili öz mövqeyini ortaya qoymuşdu.
Lakin məlum hadisədən bir neçə gün keçməsinə baxmayaraq, millət vəkili Qənirə Paşayeva hələ də susub və bu baradə danışmaq istəmir. Yaxşı olar ki, Qənirə xanım bu hadisə ilə bağlı çəkinmədən öz obyektiv mövqeyini ortaya qoysun.
Qaldı ki, İNK-nın sədri olaraq mənim mövqeyimə onu deyə bilərəm ki, son dövrlər harınlamış məmur övladları əməlli-başlı əndazəni aşıblar. Özümüz şahidi oluruq ki, son zamanlar qəzaları törədənlər məmur övladları və nazir qohumlarıdır. Nə qədər ictimai qınağa tuş gəlsələrdə yenə də öz bildikləri kimi hərəkət edib, ölkə rəhbərliyinə ismarıc göndərirlər ki, biz heç kimi saymırıq.
Bəzi hallarda millət vəkilləri dərhal ortaya çıxaraq, məsələni şişirdərək gündəmə gətirərək sosiallaşdırır və özlərinə xal qazanır. Bu da ondan ibarətdir ki, həmin hadisəni gündəmdə saxlamaqla özlərinin şəxsi manfeyinə uyğun formada sosail rezonans doğuran bir bəyanatlarla çıxış edirlər.
Bütün millət vəkilləriı bilir ki, son vaxtlar sosial şəbəkədə məmur övladlarının maşın, restoran və kulub kolleksiyaları göstərilir. Bu harınlamış məmur övladlarının həyatı uzun illərdir ki, bu formada keçdiyi üçün ölkədə baş verən çətinliklər onları bir o qədərdə narahat eləmir. Fikir verin ki, ölkədə davamlı olaraq böyük rezonans doğuran ağır qəzalar baş verir. Lakin nazirlərin, icra başçılarının, məmurların və generalların övladlarının avtomobil ilə törətdikləri hadisələrdən digər harın övladlar bir nəticə çıxarmırlar. Son avtomobil hadisələri bir daha sübut edir ki, məmur övladlarının harınlığından baş verib. Əli Həsənovun nəvəsinin törətdiyi hadisə sanki terror aktı idi. Ölkənin içində ictimai-siyasi gərginliyin və insanların narahatçılığına səbəb olan və qıcıq yaradan hadisələrin bir başa yüksək çinli dövlət məmur övladlarının etməsi, artıq onların qanunlara tabe olmamasının sifarişini verir. Qudurğan məmur övladlarının artıq ölkədə bizə heç kim heçnə edə bilməz və biz toxunulmazıq kimi mesajlar verməsi ictimaət arasında böyük söz-söhbətlərə yol açır. Xüsusilə qeyd edim ki, bir müddət öncə Sumqayıtda kütləvi davada həmin hadisəni törədən harın və qudurğan məmur övladının adı hallanırdı. Baş nazirin müavini Əli Həsənovun nəvəsinin bu hərəkətini kəskin şəkildə piləyirəm və inanıram ki, ölkə rəhbərliyi hadisə barədə öz sərt mövqeyini ortaya qoyacaq. Çünki çox gözəl yadımdadır ki, Ulu Öndər Heydər Əliyev, hansısa prokurorun oğlunun Mərdəkan yolunda sürət həddinin aşması nəticəsində ağaca çırpılmasının xəbərini eşitmişdi. Həmin hadisəyə görə, Heydər Əliyev hadisə törədənin atasını prokurorluq orqanlarından xaric edilməsi ilə bağlı xüsusi göstəriş vermişdi.

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ