yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Keçmiş deputatın oğlu aylıq qazancını AÇIQLADI: Villa, bağ, bahalı avtomobil...

Keçmiş deputatın oğlu aylıq qazancını AÇIQLADI: Villa, bağ, bahalı avtomobil...
4-08-2017, 14:11 104 901 dəfə baxılıb

Bir neçə gün öncə, tanınmış reper Anar Nağılbaz feysbuk profilini yalnız paylaşımlar üçün istifadə edəcəyini, heç kimlə ünsiyyət qurmayacağını bəyan edib.
Müsahibə verən “Repin atası” bunun səbəbini izah edib. Nağılbaz keçmiş uğurları və bir ayda qazandığı pullardan da danışıb:
– Status yazdınız ki, sizi heç kim narahat etməsin, axtarmasın. Amma səbəbini izah etmədiniz. Nə baş verir?
– Hərdən adam bezir, sakitliyə çəkilmək istəyir.
– Bəs indi nə işlə məşğulsunuz?
– Yaradıcılıqla məşğul oluram.
– “Repin atası” sayılan Anar Nağılbaz şou gündəmini dəyişmək fikrində deyil?
– Xalq artisti Brilliant Dadaşova ilə birgə yeni mahnılar üzərində işləyirik. Yeni mövsümdə tamaşaçılar həmin mahnıları eşidəcək.
– Bir vaxtlar ən “bərkgedən” və daha çox pul qazanan reper idiniz. Repdən böyük məbləğdə qazanc əldə etdiyiniz dövr hansı illərə təsadüf edir?
-1993-1998 və 2000-2004-cü illər. 1993-1998-ci illərdə aylıq qazancıma bahalı avtomobil almaq olurdu. 2000-2004-ci illərdə isə aylıq qazancıma şəhərin yaxşı yerlərində 20 sot torpaq almaq olardı.
28 may Respublika Günü münasibəti ilə keçirdiyimiz “Aypara” rep festivalında 1-ci yerə çıxan qalibə 28 qram qızıldan hazırlanmış aypara hədiyyə verirdik. “Qaydasız döyüş” rep çempionatında isə qalibləri 12-15 qramlıq qızıl medallarla təltif edirdik.
– Bəs layihələriniz haradan maliyyələşirdi?
– Müxtəlif təşkilat və sponsorlarla birgə çalışırdıq. Əsas təşkilatçı mənim rəhbərlik etdiyim “Azəri İmic Servisi” adlı şirkət idi. Həmin layihələrin münsiflər heyətində adlı-sanlı sənətçilər təmsil olunurdu.
Mənim rəhbərlik etdiyim həmin təşkilat Qafqazın indiyə qədər də ən böyük prodüser mərkəzi hesab edilir. «8-ci» mikrorayonda 12 sotun içində 2 mərtəbəli binamız da var idi.
– Şirkətinizin sonrakı aqibəti necə oldu?
– 2004-cü ilin sonlarında fəaliyyəti dayandırıldı.
– Səbəb nə oldu bəs?
– Həmin vaxt İctimai televiziyada Telefilm departamentinə direktor müavini təyin edildim və şirkətin fəaliyyətinə xitam verdim.
– O qazancdan özünüz də bəhrələnə bildinizmi – villa, bağ, bahalı avtomobil…
– Xeyir. Qazancımızı gənc həmkarlarımızın tanıtımına, kliplərə, filmlərə, verilişlərə və bir yerdə səyahətlərə xərcləyirdik. Ona görə də gənc həmkarlarım məni çox istəyirlər.
– Hərdən keçmişi bu günlə müqayisə edəndə repi seçdiyinizə görə peşmanlıq hissləri yaşayırsınız?
– Repə hobbi kimi yanaşıb, başqa bir işin qulpundan yapışsaydım, ən azından stajım olardı. Yaşlananda təqaüd almaq üçün staj lazımdı.
– Deputat oğlu olmağınız necə, qapıları üzünüzə taybatay açıb?
– Mən heç vaxt atamın adından istifadə etməmişəm. Özümə görə hörmətim olub. Sadəcə yaxşı bir kişinin oğlu olmaq mənə qürur və adıma da sanbal verib.
– Şöhrətdən başınızın gicəlləndiyi vaxtlar olub?
– Ad insanı yox, insan öz adını uca edir. Mənim üçün şöhrət, var-dövlət, pul, maşın heç vaxt önəm daşımayıb. Xüsusi heç bir dəyişiklik olmayıb. Gözəl tanışlıqlar olub.
– Həyatınızda elə səhvləriniz olub ki, bugün xatırlayanda əzab çəkirsiniz?
– Səhvsiz insan yoxdur və ola da bilməz. Uşaq da yıxıla-yıxıla böyüyür. Əsas odur ki, həmin səhvləri günahlara çevirməyək.

Yenicag.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Kechmish, ayliq, deputatin, bag, oglu, avtomobil, Villa, qazancini, AChQLAD, bahali
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-12-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ