yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Nazirin yalanı faş oldu: Nazirlikdə yüzlərlə adam işini itirir

Nazirin yalanı faş oldu: Nazirlikdə yüzlərlə adam işini itirir
27-01-2017, 00:20 875 dəfə baxılıb

Mədəniyyət və Turzim Nazirliyində yeni təyinatlar həyata keçirilib

Nazirlikdən verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən, Ramiz Quliyev Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin, Ramiz Məmmədov Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin, Sənan Hacıyev Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin, İlyas Hacıyev Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin, Rza Quluyev Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunublar.

Daxil olan xəbərə görə, regional idarələrə rəis təyinatları ixtisarlarla müşayiət olunur. MTN-də struktur islahatları və şöbələrin ləğv edilərək regional idarələrin yaradılması yüzlərlə mədəniyyət işçisinin işini itirməsi ilə nəticələnir.

Hazırda rayonlarda mədəniyyət şöbələrinin bağlanması işsizlər ordusu yetişdirir. Onların bəziləri regional idarələrə bərpa olunsa da, bir çoxu idarə rəisinə tanışlıq və “hörmət” müqabilində işə qəbul edilir.

Bu idarələrin yaradılması onsuz da vakansiyaların azaldılmasına səbəb olub. Buna görə də kütləvi ixtisarlar gedir və işsizik artır. Hazırda regionlarda işini itirənlər etiraz edir, şikayətlərini bildirirlər.

Əbülfəs Qarayev açıqlamasında iddia etmişdi ki, ciddi ixtisarlar olmayacaq: "Burada hansısa ciddi ixtisarların aparılmasından söhbət getmir.

Söhbət mədəniyyət xidmətlərinin daha səmərəli, müasir və maraqlı aparılmasından gedir. Elə şöbələr vardı ki, bir nəfərdən ibarət idi. Indi regionlar üzrə yaradılacaq şöbələrin prioritetləri müəyyənləşəcək”.

Gələn xəbərlər isə nazirin dediklərini təkzib edir. Mədəniyyət və Turizm Nazirliyinin təkcə bir rayon şöbəsində 300 ştat olub.

Böyük şəhərlərdə və bölgələrdə isə bu rəqəm daha çoxdur. Regional idarələr yaradıldıqdan sonra onların hamısının işlə təmin etmək faktiki olaraq mümkün deyil.

Ən yaxşı halda onların yarısına iş tapıla bilər. Beləliklə, yüzlərlə insan işini itirməli olacaq. Yuxarıda rəis təyinatları olan rayonlarda da kütləvi ixtisarlar gedib. Onların əksəriyyəti iş axtarırlar.

Məsələn, Şuşa Mədəniyyət və Turizm Şöbəsində ixtisarlar olub. Məlum olub ki, Mədəniyyət və Turizm Şöbəsinə ayrılmış dövlət vəsaitləri hazırda heç bir fəaliyyəti olmayan mədəniyyət müəssisləri arasında bölüşdürülüb. Təkcə ötən il ölkədə 50 min adam iş yerini itirib.

Dövlət büdcəsində ciddi kəsirlər yaranıb. İqtisadi böhran qənaət rejiminə keçidi şərtləndirib. Bir çox dövlət orqanlarında ixtisarlar baş alıb gedir Nəticədə bəzi qurumların ləğvi və birləşdirilməsi prosesi başlanıb. Bütün sektorlarda struktur islahatları həyata keçirilir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ