SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Əməkdar artist öldü

Əməkdar artist öldü

Tarix:

4-07-2017, 11:24

/ 61 463 dəfə oxundu.
Əməkdar artist öldü

Əməkdar artist Telman Əliyev vəfat edib. Bu barədə açıqlamasında Telman Əliyevin tələbəsi Eleanora Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, T. Əliyev bu gün ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində və Akademik Milli Dram Teatrının səhnəsində müxtəlif rollarda çıxış edib.

“Bir aktyorun teatrı” (Araq düşkünü), "Bahar-99" (Məşədi) teletamaşalarında, "Şeytan içimizdədir" (şöbə rəisi), "Yük" (Duxançı), "Bizi dağlarda axtarın" filmlərində çəkilib.

Şərhlər

XƏBƏR LENTİ