SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Nazirin vəzifə verdiyi xalq artistindən ilk tələb

Nazirin vəzifə verdiyi xalq artistindən ilk tələb

Tarix:

22-06-2017, 17:44

/ 166 027 dəfə oxundu.
Nazirin vəzifə verdiyi xalq artistindən ilk tələb

“Mənə etimad göstərdiyinə görə mədəniyyət və turizm nazirimizə minnətdarlığımı bildirirəm. Təvazökarlıqdan uzaq olmasın, mənim indiyə qədər fəaliyyətim çox olub. Öyrəndiyim təcrübəni bölüşəcəyəm ki, Gəncə mədəniyyəti öz layiqli yerini tutsun”.

Bu sözləri Gəncə Dövlət Filarmoniyasının yeni direktoru, xalq artisti Samir Cəfərov deyib. Onun sözlərinə görə, filarmoniyanın açılışı təkcə gəncəlilər yox, bütün Azərbaycan üçün hədiyyədir: “Gəncə qədim şəhərdir. Buranın çox böyük mədəni mühiti var. Bu şəhər festivalların mərkəzi olacaq. Gəncə eyni zamanda beynəlxalq şəhərdir, burda gözəl işlər görülüb. Ona görə düşünürəm ki, biz də bu işlərə musiqi sahəsində töhfəmizi verməliyik”.

S. Cəfərov əlavə edib ki, vəzifə təyin olunmağı paytaxt Bakı ilə əlaqələrinin kəsilməsinə səbəb olmayacaq: “Əsas işlərim Gəncədə olacaq ki, lazımi səviyyədə fəaliyyət göstərə bilək. Yeni ansamblların yaranması gündəmdədir. Bunun xeyir-duası verilib və bu istiqamətdə iş aparılır”.
“Bir müddət əvvəl Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Gəncə Dövlət Filarmoniyasının sabiq direktoru barəsində cinayət işi başalnıb. Bununla bağlı hər hansı narahatlıqlar varmı?” sualına isə S. Cəfərovun cavabı belə olub:

“Bunlar keçmişdə qaldı. Öz işinə ciddi yanaşan insanlar filarmoniyaya cəlb olunacaq ki, bizə göstərilən etimadı yüksək səviyyədə yerinə yetirə bilək”.

Şərhlər

XƏBƏR LENTİ