SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakıda ən çox ağac kəsən icra başçısı kimdir? - prezidentə şok dosye

Bakıda ən çox ağac kəsən icra başçısı kimdir? - prezidentə şok dosye

Tarix:

19-06-2017, 00:21

/ 49 773 dəfə oxundu.
Bakıda ən çox ağac kəsən icra başçısı kimdir? - prezidentə şok dosye

Bakıda ən çox ağac kəsən məmur Nizami rayon icra başçısı Arif Qasımovdur
Daxil olan xəbərə görə, bu rayona gələn hər bir icra hakimi yaşıllıq qoymayıb.
A.Qasımov isə onları qabaqlayıb və rayonun ağaclarına qənim kəsilməkdə davam edir. Üstəlik, Yasamalda tikinti şirkətinin qırdığı ağaclardan da çox yaşıl “terror” edib.
Məsələn, “Neftçilər” metrosunun üstündə ağaclar kəsilib, səki satılıb və piyadaların yolu darısqal edilərək obyektlər tikilib. Görənlər heyrətə gəlir ki, heç bir icra başçısı piyadaların gedib-gəldiyi yolu satmazdı ki, A.Qasımov bunu da edib.
Bakıda gizli ağac soyqırımı və torpaq biznesi yenidən gündəmə gəlib. İcra başçıları yaşıllıq əraziləri iş adamlarına sataraq gizli şəkildə təbiəti məhv edərək müxtəlif obyektlər tikirlər.
Paytaxt Bakı rayonları arasında son 1 ildə yaşıllığın məhv edilməsinə görə sıralamada Nizami rayonun birinci olduğunu desək yəqin ki, yanılmarıq.
Son 8 ayda Nizami rayonunda gizli şəkildə onlarla yaşllıq məhv edilərək müxtəlif obyektlərə çevrilib.
Arif Qasımovun topraq biznesinə hazırda 3 adam nəzarət edir.
Bunlardan biri İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tariyel Tahirov, digəri Arif Qasımovun qardaşı Vüqar Qasımov, III şəxs isə başçının həmyerlisi Ramin Babayev adlı şəxsdir.
Hazırda əsas “maklerliyi” Ramin Babayev adlı sahibkar edir. Verilən məlumata görə, Ramin Babayev müxtəlif adamlara torpaq sahələrinin satışı və obyekt tikintisi üçün icazənin alınması ilə məşğuldur.
İcra başçısının “makler” dostu özünə və ətrafına onlara obyekt alaraq xeyli sayda yaşıllıq ərazini yoxa çıxardığı iddia olunur.
Məlumatda qeyd edilir ki, Ramin Babayev yaşıllıqları gecə vaxtı yoxa çıxartdırır. Həmin ərazidə yaşayan sakinlər isə tezdən oyananda artıq yaşıllıq ərazinin yerində hansısa obyektin tikilməsinin şahidi olurlar.
Verilən məlumata görə, Ramin Babayevin bu şəkildə fəaliyyəti Arif Qasımovu xeyli məmnun edib. Çünki son 8 ayda icra başçısı onlarla yaşıllıq ərazisi məhv edilərək, yerində obyekt tikilib.
Arif Qasımovun oğlu Nadir Qasımovun (Mediada bahalı həyat tərzi keçirməsi ilə bağlı məlumatlar yayılıb – red) bir çox xərclərinin də Ramin Babayev tərəfindən qarşılanır.
Ramin Babayevin “Neftçilər” metrosu yaxınlığında mağazaları var.

AzToday.az

Şərhlər

XƏBƏR LENTİ