SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Cəlilabad təhsilinə təcili kömək lazımdır-ŞİKAYƏT

Cəlilabad təhsilinə təcili kömək lazımdır-ŞİKAYƏT

Tarix:

12-06-2017, 10:16

/ 59 786 dəfə oxundu.
Cəlilabad təhsilinə təcili kömək lazımdır-ŞİKAYƏT

Cəlilabad rayon təhsilində korrupsiya bitmək bilmir. Göytəpə şəhər 1 saylı tam orta məktəbi düzəltmək isə artıq mümkünsüz olub. Direktor vəzifəsini icra edən keçmiş direktorun oğlu Seymur Cəfərov deyilənə görə bu vəzifəyə 13 min manat verib tutub. Öz ixtisasını bilməyən bir müəllimin kollektivə rəhbərlik etməsi pedaqoji heyyət tərəfindən çox gülünc qarşılanıb. Özünü as idarəçi kimi təqdim edən direkt əvəzi hələdə məktəbdə adları gedib özləri gəlməyən “ölü canları” təmizləyə bilmədi və ya bunu etmək istəmədi. Əslində pulla təyinat alan birinin bunları bacaracağına heç kim inanmırdı və belə də oldu. Rayon təhsilinin bu vəziyyətdə olmasının əsas səbəbi isə RTŞ-dən qaynaqlanır. Onlar üçün məktəb rəhbəriyinə təyinat üçün əsas meyar puldur. Məhz bu səbəbdən də Cəlilabad təhsili ölkə üzrə ən aşağıdakı yerlərdən birini tutub. Bu neqativlər haqqında edilən şikayətlər də RTŞ tərəfindən bağlanılır , mümkün olmayanda isə vətəndaşları şantaj edirlər. Əgər doğrudan da Təhsil Nazirliyi Cəlilabad təhsilini düşmüş bu durumdan qurtarmaq istəyirsə təcili bura yoxlama göndərməlidir.

Hörmətlə, Ramiz Yarıyev
tel: 051 467 42 59

xalqxeber.az

Şərhlər

XƏBƏR LENTİ