SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Elmira Rəhimova illər sonra ortaya çıxdı - Foto

Elmira Rəhimova illər sonra ortaya çıxdı - Foto

Tarix:

31-05-2017, 11:15

/ 60 313 dəfə oxundu.
Elmira Rəhimova illər sonra ortaya çıxdı - Foto

Efirlərdən uzaq gəzən, uzun müddətdir ki, səhhətində problem yaranan Azərbaycanın xalq artisti Elmira Rəhimovadan xəbər var.

Teleaparıcı Hacı Nuran Hüseynov xalq artisti ilə birgə fotosunu paylaşıb. Aparıcı bildirib ki, o,E. Rəhimovanı ziyarət edib və müğənni xəstəliyi barədə çox danışmaq istəməyib:

“Elmira Rəhimovaya baş çəkdim . Xəstəlikdən çox danışmaq istəməsə də, onu söhbətə tutub səhhəti barədə məlumat əldə etdim. Sən demə, müğənninin nəvəsi də ağır xəstəlikdən əziyyət çəkir”.

Xalq artisti “Qafqazinfo”ya açıqlamasında “Bütün efirlərdən imtina edirəm, ekranlarda görünmək istəmirəm. Hazırda canımla əlləşirəm. Səhhətimdə problemlər var. Dərmanlarımı qəbul edirəm, inanıram ki, hər şey yaxşı olacaq”,-deyə bildirmişdi.

Müğənninin yaxınları isə Elmira Rəhimovanın şəkər xəstəliyindən əziyyət çəkdiyini, həkim nəzarətində olduğunu demişdi.
Elmira Rəhimova illər sonra ortaya çıxdı - Foto
Elmira Rəhimova illər sonra ortaya çıxdı - Foto

Şərhlər

XƏBƏR LENTİ