SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Aygün Bayramova toyundan danışdı: - “Heç vaxt inanmazdım ki, belə...”

Aygün Bayramova toyundan danışdı: - “Heç vaxt inanmazdım ki, belə...”

Tarix:

12-05-2017, 12:20

/ 87 331 dəfə oxundu.
Aygün Bayramova toyundan danışdı: - “Heç vaxt inanmazdım ki, belə...”

“Çox xoşbəxtəm ki, belə bir qərar verdim.”
Bunu Xalq artisti, Opera və Balet Teatrının solisti Aygün Bayramova ailə qurması xəbərinə münasibətində bildirib. Onun sözlərinə görə, ailə qurduğu şəxsi sevib və ona həyat yoldaşı olmağa razılıq verib:
“Hərənin bir qisməti var. Mənim taleyim bu ilə yazılıbmış. Ailə qurmaq heç vaxt gec deyil. Belə bir məsəl var, gec olsun- güc olsun. Əsas odur ki, bir-birimizi sevdik, tanıdıq. Ürəyimcə olan bir sevgidir. Sevdiyim şəxs iş adamıdır, kimliyini açıqlamıram. Heç vaxt inanmazdım ki, nə vaxtsa belə sevə bilərəm.”
Aygün Bayramova toyun harada keçiriləcəyini açıqlamaq istəmədi:
“Mayın 23-ü toydur. Hazırda başım toy işlərinə qarışıb”.

AzNews.az

Şərhlər

XƏBƏR LENTİ