yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Alim Qasımov İslamiadanın açılışında azan oxuyacaq

Alim Qasımov İslamiadanın açılışında azan oxuyacaq
11-05-2017, 16:27 53 500 dəfə baxılıb

Azərbaycanın xalq artisti, tanınmış xanəndə Alim Qasımov sabah IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edəcək.

A.Qasımov deyib ki, Avropa Oyunlarından fərqli olaraq İslamiadanın açılışında muğam ifa etməyəcək.

“Sabah minarəyə çıxıb azan oxuyacağam. Əsas işim bundan ibarət olacaq. Digər yarışlardan fərqli olaraq İslam Oyunlarının açılış mərasimində muğam oxumayacağam. Adı üstündə İslam Oyunlarıdır, azan oxumaq yerinə düşər. Bu işin mənə həvalə edilməsi sevindiricidir. Mənim üçün xüsusi geyimlər tikilib. Azanı həmin geyimdə oxuyacağam. Hazırda buna hazırlaşıram” - deyə Xalq artisti vurğulayıb.

Qeyd edək ki, Alim Qasımov “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində "Qarabağ" şikəstəsini ifa etmişdi.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: azan, slamiadanin, Alim, achilishinda, Qasimov, oxuyacaq
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ