yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Turan İbrahimli ATV-dən uzaqlaşdırıldı? - Skandalın arxasındakı gerçəklik

Turan İbrahimli ATV-dən uzaqlaşdırıldı? - Skandalın arxasındakı gerçəklik
2-05-2017, 12:12 57 999 dəfə baxılıb
yüklənir...

“Azad Azərbaycan” telekanalında yayımlanan “ATV səhər” proqramının fəaliyyəti dayandırılıb. Bununla bağlı mediaya açıqlama verən ATV-nin "Ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr” departamentinin rəhbəri və ATV “Səhər” verilişinin aparıcısı Turan İbrahimli bildirib ki, mövsümün bitməsinə bir ay qaldığına görə, rəhbərlik verilişin yayımının dayandırılması ilə bağlı qərar qəbul edib. “Ümumiyyətlə ATV kanalındakı fəaliyyətinizi davam etdirəcəksinizmi”, sualına isə aparıcı bu cür cavab verib: "Bəli, ATV-də fəaliyyətimi davam etdirirəm. Yalnız “ATV SƏHƏR” yayımını dayandırır. “ATV SƏHƏR”in yaradıcı heyəti də iş başındadır və kanalda öz fəaliyyətlərini davam etdirəcək."
Turan İbrahimov sonda onu da əlavə etdi ki: "Bilirəm ki, bu qərar müxtəlif söz-söhbətlərə, şayiələrə səbəb olacaq. Təbii ki, insanların fantaziyalarına sədd qoya bilmərəm. Hər kəs istədiyini düşünməkdə azaddır. Amma təklif edirəm ki, yalnız bu açıqlamamı nəzərə alsınlar və özlərini yormasınlar..."
Bununla yanaşı, daxil olan məlumata görə, “ATV SƏHƏR” verilişinin dayandırılması heç də Turan İbrahimlinin iddia etdiyi kimi, mövsümün başa çatması ilə bağlı olmayıb. Mənbənin sözlərinə görə, “ATV SƏHƏR”-də yayımlanan reportajlar və şəxsən Turan İbrahimlinin ziddiyyətli şərhləri hakimiyyət dairələrində və xüsusilə ayrı-ayrı dövlət orqanlarının rəhbərlərində ciddi narazılıq doğurmuşdu. Müxtəlif vaxtlarda İqtisadiyyat Nazirliyi, Maliyyə Bazarına Nəzarət Palatası, şəhər və rayon icra hakimiyyətləri, o cümlədən Sovetski ərazisində həyata keçirilən söküntü işlərinə dair Turan İbrahimlinin şərhləri ilə bağlı Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev Prezident Administrasiyasına şikayət etmişdilər.
“Turan İbrahimli bütün sədləri aşaraq azərbaycançılıq ideologiyasını müdafiə etdiyinə görə millət vəkili, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadənin faktiki təhqir etmişdi. Üstəlik, o, mütəmadi olaraq dövlət idarəçilik sisteminin hansısa çatışmazlıqları barədə tez-tez danışır və cəmiyyətdə mənfi rəy formalaşdırırdı”. Mənbə onu da deyib ki, bir neçə gün bundan öncə Turan İbrahimlinin “ATV SƏHƏR”də Milli Şuranın aprelin 8-də keçirdiyi etiraz aksiyasına dəstək ifadə edən fikirlər səsləndirməsi də diqqətdən yayınmamışdı.
“Məhz bu səbəblər “ATV SƏHƏR”in bundan sonrakı fəaliyyətini mümkünsüz edib. Üstəlik, Turan İbrahimlinin özü də telekanaldan uzaqlaşdırılıb”, - deyə mənbə bildirib.

musavat.com


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: uzaqlashdirildi, , Skandalin, arxasindaki, gercheklik, ATV den, Turan, brahimli
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ