yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bu ölkələrin nazirləri Bakıya gəlir

Bu ölkələrin nazirləri Bakıya gəlir
1-05-2017, 15:31 59 387 dəfə baxılıb
yüklənir...

Bu ilin 4-6 may tarixində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir.
Forumda Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avci, Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinsky, Gürcüstan Respublikasının mədəniyyət və abidələrin mühafizəsi naziri Mikheil Giorgadze, Qətər Dövlətinin mədəniyyət və idman naziri Salah N.A.Al-Madheed, Makedoniya Respublikasının mədəniyyət naziri Elizabeta Kancheska Milevska, Misir Ərəb Respublikasının mədəniyyət naziri Helmy Eltantawy, İraq Respublikasının mədəniyyət, turizm və əntiq əşyalar naziri Fryad F.Hassan və başqaları iştirak edəcək.
Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcəkdir. Forum çərçivəsində keçiriləcək sessiyalarda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcəkdir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Bu, gelir, Bakiya, nazirleri, olkelerin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-09-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ