XalqXəbər.Az

Aşıq Ədalət xəstəxanalıq oldu

yüklənir...
Aşıq Ədalət xəstəxanalıq oldu
19-01-2017, 16:54
yüklənir...

Tanınmış aşıq Ədalət Nəsibovun səhhətində problemlər yaranıb.

Aşıq xəstəxanaya düşdüyünü, hazırda ev şəraitində həkim nəzarəti altında müalicə olunduğunu bildirib:

"Bekafam, özümü yaxşı hiss eləmirəm. Bir neçə gündür ki, xəstəxanalar gəzirəm. Boğazım bərk ağrıyırdı. Dərdimi bilən yox idi. Getdim özəl klinikaların birinə, analizlər verdim. Həkimlər dedi ki, sənin boğazında heç nə yoxdu, problem mədəndədir. Oradan gəldim Klinik Xəstəxanaya. Mədəmə zond salıb yoxladılar, dava-dərman yazdılar. Dedilər xəstəxanada yatmalısan, razı olmadım. Evimi qoyub xəstəxanadamı yatacam? Dedim yazın verin dərmanlarımı, evimdə qəbul edim. Heç dərdimi demirlər. Deyirlər mədəndəndir, o da vurub boğazına".

Aşıq müalicə müddətinin üç ay çəkəcəyini deyib:

"Bahalı dərmanlardı, hamısını zəhər kimi içirəm. Həkimlər gəlib yoxlayır. Görüm başıma nə gəlir".

Qeyd edək ki, aşıq ötən il əməliyyat olunub.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.