yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

İlham Əliyev tanınmış aparıcı ilə görüşdü - FOTO

İlham Əliyev tanınmış aparıcı ilə görüşdü - FOTO
8-04-2017, 10:39 88 422 dəfə baxılıb
yüklənir...

Azərbaycan prezidenti İlham Əliyev aprelin 7-də Ümumrusiya Dövlət Teleradio Şirkətinin teleradio aparıcısı Vladimir Solovyovla görüşüb.

Xalqxeber.Az xəbər verir ki, Vladimir Solovyov Bakıya ilk dəfə səfər etdiyini bildirərək paytaxtımızda sürətli inkişaf proseslərinin onda böyük təəssürat doğurduğunu və Bakının çox gözəl şəhər olduğunu vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanda gedən inkişaf prosesləri barədə danışarkən qeyd etdi ki, ölkəmiz haqqında reallıqların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal işlər görülür. Dövlət başçısı, həmçinin Azərbaycanın tarixi və bugünkü reallıqları barədə söhbət açaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırdı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan ilə Rusiya arasında bütün digər sahələrdə olduğu kimi, humanitar əlaqələr, o cümlədən media sahəsində də uğurlu əməkdaşlıq həyata keçirilir.

Vladimir Solovyov ətraflı və dolğun informasiyaya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi, Azərbaycanda gedən proseslərlə yaxından tanış olmağın onun üçün böyük maraq doğurduğunu qeyd etdi.
İlham Əliyev tanınmış aparıcı ilə görüşdü - FOTO


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Azərbaycan, İlham, Əliyev, Vladimir, doğurduğunu, inkişaf, Prezident, barədə, Azərbaycanın, Solovyov, gedən, Azərbaycanda, böyük, Dövlət, çatdırdı, diqqətə, mövqeyini, Rusiya, arasında, proseslərlə
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

29-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ