yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycanda heykəltəraş nazirliyi məhkəməyə verdi - 100 minlik iddia

Azərbaycanda heykəltəraş nazirliyi məhkəməyə verdi - 100 minlik iddia
29-03-2017, 15:19 5 778 dəfə baxılıb
yüklənir...

Tanınmış heykəltəraş Cümşüd İbrahimov Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar İttifaqına qarşı məhkəmə iddiası qaldırıb.

1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edən C.İbrahimov ona verilməli olan qonararın ödənilməsini tələb edib.

C.İbrahimov açıqlamasında mübahisə mövzusu olan qonorarın nə ilə bağlı olduğunu açıqlayıb.

O bildirib ki, 1991-ci ildə Nazirlər Kabinetinin qərarı əsasında Mədəniyyət Nazirliyi onunla müqavilə imzalayıb: “Müqaviləyə görə mən rəhmətlik akademik, memar Mikayıl Hüseynovla birlikdə Şuşa xanı Pənah xanın at üstündə heykəlini hazırladıq. O vaxtkı nazir Polad Bülbüloğlu da heykəllə tanış olub bəyənmişdi. Heykəl Şuşanın girişində qoyulacaqdı, sonradan Qarabağ müharibəsi başladığı üçün alınmadı. Mən bu müddət ərzində də susdum. Amma ölkəyə neft pulları gələndə haqqımı tələb etdim. İki dəfə nazir Əbülfəz Qarayevin qəbulunda oldum. Ödəniş ediləcəyinə söz versə də, bu günə kimi vədinə əməl etməyib. Heykəl hələ də emalatxanada saxlanılır. 25 ildir heykəlin nə lahiyə pulunu, nə də model pulunu ala bilirəm. Nazirliyin mənə ödəməli olduğu məbləğ təxminən 100 min manatdır”.

İlkin instansiya məhkəməsi bu ilin yanvarın 5-də heykəltəraşın dövlət qurumuna qarşı iddiasını təmin etməyib. C.İbrahimov qərardan apelyasiya şikayəti verib. Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynovun sədrliyi ilə martın 31-də davam etdiriləcək.

“Qafqazinfo”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-05-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ