SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » “Müsabiqə iştirakçılarının ballarını qəsdən kəsir…” - Aktyordan Xalq artistinə ağır ittiham

“Müsabiqə iştirakçılarının ballarını qəsdən kəsir…” - Aktyordan Xalq artistinə ağır ittiham

Tarix:

28-03-2017, 13:05

/ 2 261 dəfə oxundu.
“Müsabiqə iştirakçılarının ballarını qəsdən kəsir…” - Aktyordan Xalq artistinə ağır ittiham

Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Əli Nur Xalq artisti, Muğam müsabiqəsinin münsiflər heyətinin üzvü Əlibaba Məmmədovu ağır ittiham edib.

Aktyor tamaşaçıların və münsiflər heyətinin yüksək bal verdiyi müsabiqə iştirakçılarının ballarının Əlibaba Məmmədov tərəfindən qəsdən kəsildiyini vurğulayıb:

“Muğam müsabiqəsində zildə səsi olmayan Əlibaba Məmmədov həmişəki kimi zil səsli gəncləri qısqanır. Bu paxıllıqdır. Sizin yaşa bu ayıbdır. Səsin enerjisi səhnə üçün vacibdir. Əlibaba müəllim dəfələrlə tamaşaçıların və münsüflər heyətinin yüksək bal verdikləri müğənninin ballarını qəsdən, arqumentsiz kəsib. Səbəbi? Niyə görə?”

Xalq artisti Əlibaba Məmmədov isə açıqlamasında məsələ ilə bağlı danışmaq istəmədiyini bildirdi:

“Mən heç nə bilmirəm, Danışmayacam.”

AzNews

Şərhlər

XƏBƏR LENTİ