XalqXəbər.Az

"Dərmanlar da kömək etmir" — Azərbaycanlı aktyorun vəziyyəti pisləşdi

yüklənir...
"Dərmanlar da kömək etmir" — Azərbaycanlı aktyorun vəziyyəti pisləşdi
5-08-2019, 11:48
yüklənir...

Aktyor Allahverdi Yolçuyevin səhhəti pisləşib.

Aktyor ağır parkinson xəstəliyindən əziyyət çəkir.

A.Yolçuyev son günlər vəziyyətinin lap pisləşdiyini deyib. O, müalicə üçün maddi imkanının olmadığını vurğulayıb və kömək istəyib:

"Əllərim, barmaqlarım dayanmadan əsir, həkimlərin diaqnozuna görə, "Parkinson" xəstəliyidir. İki ildir ki, xəstəliyimlə bağlı döymədiyim xəstəxana qapısı qalmayıb. Həkimlərin yazdığı dərmanlar da işə yaramır, səhhətim günbəgün daha da pisləşir. Heç bilmirəm bu xəstəliyin çarəsi Bakıda var, yoxsa yox?"

Aktyor bu xəstəliyin onun işinə də mane olduğunu vurğulayıb:

"İş qabiliyyətimi də getdikcə itirirəm. Yalnız aradabir gedib, dublyaja baş çəkirəm. Maddi imkan da o dərəcədə deyil ki, müalicəmi davam etdirim. Tək istəyim tezliklə sağlamlığıma qovuşmaqdır".

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.