SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Leyla Əliyeva xalq artistini təbrik etdi - Foto

Leyla Əliyeva xalq artistini təbrik etdi - Foto

Tarix:

13-03-2017, 09:14

/ 1 952 dəfə oxundu.
Leyla Əliyeva xalq artistini təbrik etdi - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xalq artisti Məbud Məhərrəmovu ad günü münasibətilə təbrik edib.

xalqxeber.az-ın məlumatına görə, bu barədə Leyla Əliyeva İstaqram hesabında yazıb.

“Azərbaycanın xalq artisti, sevimli, istedadlı aktyorumuz Məbud Məhərrəmov, ad gününüz mübarək olsun! Sizə həyatda və yaradıcılığınızda uğurlar arzulayıram”, - deyə L. Əliyeva bildirib.

Qeyd edək ki, Məbud Məhərrəmov 1957-ci il martın 12-də anadan olub. O, 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. Həmin ildən etibarən Səməd Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynayıb, bir çox filmlərdə çəkilib.

M. məhərrəmov 2000-ci ildə Əməkdar Artist, 2006-cı ildə isə Xalq Artisti fəxri adlarına layiq görülüb.

2006, 2012, 2014 və 2015-ci ildə Prezident Mükafatına, 2016-cı il mayın 6-da Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Leyla Əliyeva xalq artistini təbrik etdi - Foto
Leyla Əliyeva xalq artistini təbrik etdi - Foto

Şərhlər

XƏBƏR LENTİ