SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

Tarix:

25-12-2018, 10:39

/ 993 dəfə oxundu.
Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirildi - Vəziyyəti ağırdır

Xalq artisti Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib. Bu barədə əməkdar artist Mehriban Xanlarova “Bizimləsən” proqramına qonaq olarkən deyib.

Aktrisa qeyd edib ki, məşhur aktyor özəl klinikalardan birinə aparılıb, vəziyyəti ağırdır. Daha sonra canlı efirdə R. Əzizbəyli ilə əlaqə saxlanılıb. O, danışmaqda çətinlik çəkib: "Yaxşıyam, klinikadayam. Qızımla danışa bilərsiz? Telefonu ona ötürürəm".

Qızı isə açıqlamasında aktyorun insultdan əziyyət çəkdiyini söyləyib: "Barmağında qanqrena başlayıb. Damarlarında da tıxanma var. Xəstəxanaya gətirmişik".

Xatırladaq ki, xalq artisti beynin işemik insultu xəstəliyindən əziyyət çəkir.

Şərhlər

XƏBƏR LENTİ