XalqXəbər.Az

"Anar təqsirkardır, yoxsa Çingiz Abdullayev?" - QALMAQAL

yüklənir...
10-12-2018, 11:06
yüklənir...

Prezident təqaüdçüsü, şair-dramatuq Ramiq Muxtar Azərbaycan Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərova, Baş prokuror Zakir Qaralova və Ədliyyə naziri F. Məmmədova yenidən müraciət edib.

Reyting.az xəbər verir ki, «Şərəf» ordenli yazıçı-dramaturqun müraciətinə səbəb bir neçə il bundan əvvəl Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən şair və yazıçılara mənzil bölgüsü zamanı baş verən narazılıqdır.

Ramiq Muxtar müraciətində yazır:

“Hörmətli müstəqil dövlətimizin hüquq keşikçiləri!

Bu, 101-ci məktubumu sizə yazmaqla bildirirəm ki, «Reytinq» qəzetində «Saxtakarlıqdan əl çəkin» məqaləmə görə Binəqədi Rayon Məhkəməsinin hakimi Mirheydər Zeynalov əsassız olaraq mənə böhtançı kimi 1000 manat cərimə kəsib.

Mən həmin məqaləmdə haqlı olaraq bildirmişəm ki, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevin imzası ilə məhkəmələrə göndərilən mənzil növbəsində duranların siyahısı ilə bağlı sənəd saxtadır. Çünki həmin siyahı o zaman Səbail Rayon İcra Hakmiyyətinin başçısı işləyən Sahib Ələkbərov və Yazıçılar Birliyinin sədri Anar Rzayev tərəfindən təsdiq olunmayıb. Əsl siyahını isə Anar və Sahib Ələkbərov 2002-ci ildə 170 saylı Sərəncamla təsdiq etmişdilər. İndi ortaya belə bir sual çıxır: Anarın təsdiq etdiyi mənzil siyahısı saxtadır, yaxud Çingiz Abdullayevin Səbail Rayon İcra Hakimiyyətində olmayan və tələm-tələsik yazıldığından ayı, günü göstərilməyən mənzil siyahısı?

Hakim Mirheydər Zeynalov Çingiz Abdullayevə haqq qazandırıb məni böhtançı hesab edirsə, onda gərək, müttəhimlər kürsüsündə Anar da mənim yanımda əyləşsin.

İndi söz siz hüquq keşikçilərinindir. Anar təqsirkardır, yoxsa Çingiz Abdullayev?

Mən isə şəxsiyyətinə hörmət etmədiyim Anarın təsdiqlədiyi siyahını qanuni hesab edirəm”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.