“Pensiya yaşaya bilmək üçün deyil.”
Bunu Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Xanım İsmayılqızı deyib. Onun sözlərinə görə, pensiya insanların ölümümü sürətləndirən bir rüsumdur:
“Pensiya daha tez ölə bilmək üçün kəsilmiş münbit məbləğdi. Odur ki, ölənə qədər işləmək, işləmək və yenə də işləmək...”
Milli Məclisin deputatı Hadı Rəcəbli vətəndaşların pensiya üçün yaş müddətinin 65-ə qaldırılması təklifi ilə çıxış edib. Xalq artisti, tanınmış rəqqasə Təranə Muradova isə Hadı Rəcəbliyə dəstək olaraq, pensiya müddətinin 75-ə qaldırılmasını təklif edib.