yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Ramiz Mehdiyevin kitabı çap olundu - Livanda

Ramiz Mehdiyevin kitabı çap olundu - Livanda
14-09-2018, 09:31 142 dəfə baxılıb

Livanın paytaxtı Beyrut şəhərində “Delta” Dərin Araşdırmalar Mərkəzində Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı nəşr edilib.
Kitabı ərəb dilinə Əlcəzair Milli Araşdırmalar Mərkəzinin (CNRPAH) professoru Zəim Xənişlavi tərcümə edib.
Qeyd edək ki, professor Z.Xənişlavi V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib və burada akademik Ramiz Mehdiyevlə görüşərək ondan bu kitabın tərcüməsinə və nəşrinə icazə alıb.

Tərcüməçinin öyrənilən problemə bələdliyi ərəb oxucusuna Qarabağ problemini aydın şəkildə başa düşmək imkanı verir. Kitabda Azərbaycan və Ermənistan arasında hələ də davam edən münaqişənin əsasını təşkil edən tarixi problemdən danışılır. Müəllif problemi tarixi mənbələr əsasında oxucuya izah etməklə bir çox qaranlıq məqamlara aydınlıq gətirir, mürəkkəb məsələlərin həllini göstərən koqnitiv strategiya təqdim edir.
Ramiz Mehdiyevin kitabı çap olundu - Livanda
Ramiz Mehdiyevin kitabı çap olundu - Livanda


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ