SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » “Atam məni anasız qoydu” - Rəhman Rəhmanov

“Atam məni anasız qoydu” - Rəhman Rəhmanov

Tarix:

27-02-2017, 16:13

/ 2 352 dəfə oxundu.
“Atam məni anasız qoydu” - Rəhman Rəhmanov

“Mənim üçün "ana" sözünü işlətmək çətindir. Görəsən, ana tərbiyəsi, istiliyi, sevgisi necə olur? Məni atamın anası tərbiyyə edib. Mən "Quran" səsi ilə yuxudan oyanmışam”

Məlumata görə, bu sözləri əməkdar artist Rəhman Rəhmanov “10-dan sonra” verilişində deyib.

Aktyor atasının onu anasının üzünə həsrət qoyduğunu deyib:

“Atamla anam mənim 3 yaşım olanda ayrılıblar. Atam məni anamdan məhrum edib. Anam məni aylarla görə bilmirdi. Anam gizlin qonşunun evinə gəlirdi, məni çağırırdılar. Orada 20 dəqiqə məni öpürdü, qucaqlayırdı, tez də gedirdi. Anasız qalmağı atama heç vaxt bağışlaya bilmirdim. Dünyasını dəyişməzdən 2 ay əvvəl mənə dedi ki, sənə nə pislik etmişəm, bal-yağ içində böyütmüşəm, mənə niyə kədərli baxırsan? Onda dedim ki, məni anadan məhrum etmisən. Atam öləndən sonra anam gəldi, ağladı. Amma atamın 40 günündə anam dünyasını dəyişdi, onun yoxluğuna dözə bilmədi".

Şərhlər

XƏBƏR LENTİ