SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Flora Kərimova: "Nə zamansa quda dediyim insan haqqında danışmaq istəmirəm, başa düşün"

Flora Kərimova: "Nə zamansa quda dediyim insan haqqında danışmaq istəmirəm, başa düşün"

Tarix:

27-02-2017, 15:49

/ 3 032 dəfə oxundu.
Flora Kərimova: "Nə zamansa quda dediyim insan haqqında danışmaq istəmirəm, başa düşün"

Xalq artisti Flora Kərimova keçmiş qudası, şairə Tərlan Asnounun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirmək istəməyib

Sənətkar açıqlamasında bunları deyib:

"Siz bu məsələnin təməliylə maraqlanmısınız? Onun mənim ünvanıma dediyi sözə cavab verə bilərəm. Ancaq bu məsələylə bağlı cavab verəcək şəxs mən deyiləm. Mən uşaq deyiləm, 76 yaşım var. İndi bu barədə danışmağı lazım bilmirəm. İşin kökündən xəbəriniz olsun, sonra suallarınıza cavab verərəm və suallardan qaçmıram. Keçmiş qohumum haqqında açıqlama verməyəcəyəm. Siz bu söhbətin kökünü bilməyənə qədər. Özünüz araşdırın. Nə zamansa qızımın qaynanası olmuş, quda dediyim bir insanın haqqında danışmaq istəmirəm. Məni başa düşün".

Xatırladaq ki, Tərlan Asnoun müsahibəsində Flora Kərimovanın onun adından efirdə yalan danışdığını və üzrxahlıq tələb etdiyini bildirib:

"Çünki mənə qarşı düz hərəkət etmədi. Onun sənətinə hörmətim var. Zümrüd kimi bir qızı dünyaya gətirdiyinə, tərbiyə verdiyinə, ona həyat dərsi öyrətdiyinə, gözəl bir insan yetişdirdiyinə görə ona minnətdaram. Amma bu məsələdə keçməyəcəyəm. Adımdan yalan danışdığına görə üzr istəməlidir".

"Ölkə.Az"

Şərhlər

XƏBƏR LENTİ