yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Övladı cinayət edən Asif Əsgərov I qrup əlilin evini başına uçurur - FOTOLAR

Övladı cinayət edən Asif Əsgərov I qrup əlilin evini başına uçurur - FOTOLAR
23-05-2018, 18:20 632 dəfə baxılıb

Mənim ölümümdə isə bilavasitə günahkar ARÇİKO MMC-nin rəhbərliyi və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur.
Bakı şəhəri Nəsimi rayonu Liteyni döngə, ev 5 ünvanında yaşayan I qrup əlil Bəşirova Nişanə Faiq qızı BakuNews.az-a üzləşdiyi problemlə bağlı məlumat verib. Məlumatda bildirilir ki, ARÇİKO MMC əlilin yaşadığı mənzildə ciddi qəza vəziyyətinin yaranmasına səbəb olub. Məsələnin araşdırılması üçün yuxarıda göstərilən ünvanda olan BakuNews.az-ın əməkdaşı mənzildəki vəziyyətin olduqca ağır olduğunun şahidi olub. Belə ki, ARÇİKO MMC-nin ərazidə inşa etməkdə olduğu binanın qazılmış katlavanının yaratdığı fəsadlar nəticəsində mənzilin divarında yaranmış çatdan evin hər an üçmaq təhlükəsi yaranıb. Hətta mənzilin katlavan qazılan istiqamətində yaranmış çatdan bayır hissəsi aydın görsənir. Xatırladaq ki, gözdən əlil və ağır şəkər xəstəsi olan Bəşirova Nişanə Faiq qızı kənar şəxsin köməyi olmadan hərəkət məhdudiyyətli insandır. Belə olan halda hər an ciddi problem yaranacağı təqdirdə bu xanımın evi tərk etmək imkanı mümkünsüzdür. Onu da qeyd edək ki, ARÇİKO MMC əsasən paytaxt və paytaxtətrafı rayonların icra hakimiyyətləri ilə iş birliyində olduğu üçün bu şirkət insanların həyatını önəmə almır. Oxucuların diqqətinə çatdıraq ki, Nəsimi rayon icra hakimiyətinin başçısı Asif Əsgərovun oğlunun adı avtomobil qəzası nəticəsində insan ölümü faktı ilə mətbuatın gündəm mövzusuna çevrilib. Baş verən cinayət hadisəsindən nəticə çıxarmayan icra başçısı bu dəfə bir ailənin ölümünə sərəncam imzalayıb. Şikayətçinin bildirdiyinə görə özünü ARÇİKO MMC-nin rəhbəri kimi təqdim edən Məhəmməd Musayev Nişanə Bəşirovanın mənzilinin sökülməsi müqabilində ona iki ədəd 2 otaqlı mənzil və əlavə olaraq 50 min manat pul təklif edib. Hətta əlil xanıma mənzilindəki əşyaların qablaşdırılmasını da deyən MMC rəhbəri N.Bəşirovanın evinin qarşısındakı yardımçı binanın dam örtüyünü də sökdürüb. I qrup əlil olan şikayətçinin bildirdiyinə görə mənzilində yaranan qəzadan sonra əksər hallarda evdə gecələmirlər.

- Evimiz hər an üça bilər. Məsələ ilə bağlı rayon icra hakimiyyətinin başçısının və müavinin qəbulunda olduğum zaman İHB-nin müavini şirkət rəhbəri ilə telefon əlaqəsi yaratdıqdan sonra, xəstəliyimə məhəl qoymamaqla yanaşı, şikayətimi dinləmədən məni otaqdan qovdu. Mən mətbuat vasitəsilə ölkə Prezidentinə, I vitse-prezidentə müraciət edirəm. Xəstəliyim məhz bu məsələyə görə daha da şiddətlənib. Hər an ölə bilərəm. Mənim ölümümdə isə bilavasitə günahkar ARÇİKO MMC-nin rəhbərliyi və Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur. Xahiş edirəm ölkə vətəndaşını Prezidentdən narazı salan şirkət rəhbəri və icra başçısı barəsində ölçü götürəsiniz.

Mövzuya qayıdacağıq.

Redaksiya yazıda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırdır.

BakuNews.az Övladı cinayət edən Asif Əsgərov I qrup əlilin evini başına uçurur - FOTOLAR
Övladı cinayət edən Asif Əsgərov I qrup əlilin evini başına uçurur - FOTOLAR
Övladı cinayət edən Asif Əsgərov I qrup əlilin evini başına uçurur - FOTOLAR
Övladı cinayət edən Asif Əsgərov I qrup əlilin evini başına uçurur - FOTOLAR
Övladı cinayət edən Asif Əsgərov I qrup əlilin evini başına uçurur - FOTOLAR
Övladı cinayət edən Asif Əsgərov I qrup əlilin evini başına uçurur - FOTOLAR


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ