SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Şou-biznes əhli İlhamə Quliyevanın il mərasimə getmədi - SƏBƏB

Şou-biznes əhli İlhamə Quliyevanın il mərasimə getmədi - SƏBƏB

Tarix:

24-02-2017, 15:10

/ 2 911 dəfə oxundu.
Şou-biznes əhli İlhamə Quliyevanın il mərasimə getmədi - SƏBƏB

Mərhum xalq artistinin İlhamə Quliyevanın dünyasını dəyişməsinin bir illiyi ilə bağlı oğulluğu Orxan Nadirovun təşkil edəcəyi ehsan mərasimi bu gün əvvəl keçirilib.

Mərhumun oğulluğu sabah üçün planlaşdırdığı il mərasimini bir gün öncəyə, bu günə təxirə salması isə gözlənilməz olub. Bu səbəbdən də Heydər məscidində baş tutan il mərasiminə şou – biznes aləmindən heç bir sima qatılmayıb.

Mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovla əlaqə saxlayıb, lakin o, bu barədə danışmaq istəmədiyini bildirib: “Hal-hazırda mərasimdəyəm, bu barədə heç nə danışmaq istəmirəm”.

Qeyd edək ki, İlhamə Quliyevanın il mərasimi prodüsser Tolik tərəfindən də fevralın 25-də təşkil ediləcək və iki mərasimin eyni günə salınması narazılıq yaratmışdı.

Şərhlər

XƏBƏR LENTİ