SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Anar Məmmədxanovun vəfatından yeddi il ötür

Anar Məmmədxanovun vəfatından yeddi il ötür

Tarix:

23-04-2018, 15:01

/ 1 704 dəfə oxundu.
Anar Məmmədxanovun vəfatından yeddi il ötür

Aprelin 23-də məşhur kapitanın, Milli Məclisin birinci, ikinci və üçüncü çağırışının deputatı, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Anar Məmmədxanovun qəflətən ürək tutması nəticəsində dünyasını dəyişməsindən yeddi il ötür.

Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakıda anadan olmuşdu.

Bakının 160 saylı orta məktəbini bitirib, 1987-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. 1988-ci ildə məşhur “Bakılı oğlanlar” komandasını yaradıb, 1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti olub.

Anar Məmmədxanov ömrünün 41-ci ilində dünyasını dəyişib. Anarın bir oğlu və iki qızı qalıb.

Anar Məmmədxanov Azərbaycan tarixində ən gənc deputat idi. O, üç dəfə 1995-ci ildə 19 saylı I Suraxanı dairəsindən, 2000 və 2005-ci ildə müstəqil namizəd kimi Milli Məclisə deputat seçilib.

1992-ci ildə ŞHK Ali liqanın çempionu, 1993-cü il ŞHK Ali liqanın finalçısı, ŞHK Yay kubokunun sahibi (1995), XX əsrin on ən yaxşı komandasının turnirinin çempionu (2000).

Şərhlər

XƏBƏR LENTİ