SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Leyla Əliyevanın şeirləri Tehranda fars dilində nəşr olundu

Leyla Əliyevanın şeirləri Tehranda fars dilində nəşr olundu

Tarix:

19-04-2018, 13:03

/ 1 910 dəfə oxundu.
Leyla Əliyevanın şeirləri Tehranda fars dilində nəşr olundu

Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” divanı Tehran şəhərində fars dilində nəşr olunub.

Divan “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin “Azərbaycan ədəbiyyatını dünyada tanıdaq!” devizi altında bir neçə ildir həyata keçirdiyi layihələr çərçivəsində Tehranın məşhur Mobini-Əndişə yayım evinin Nevis mətbəəsində nəfis tərtibatda farsdilli oxucuların görüşünə gəlib.

Qeyd etmək lazımdır ki, İran İslam Respublikasının ədəbi mühitində öz yaradıcılıq dəst-xətləri ilə seçilən Əkbər Əlyar Həmidi və Süsən Nəvadə Rəzi təkcə mütərcim kimi deyil, şair və tənqidçi kimi də böyük nüfuz sahibidirlər.
Leyla Əliyevanın şeirləri Tehranda fars dilində nəşr olundu
Leyla Əliyevanın şeirləri Tehranda fars dilində nəşr olundu

Şərhlər

XƏBƏR LENTİ