SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident Nazirlər Kabineti haqda sərəncam verdi

Prezident Nazirlər Kabineti haqda sərəncam verdi

Tarix:

18-04-2018, 13:33

/ 1 592 dəfə oxundu.
Prezident Nazirlər Kabineti haqda sərəncam verdi

Prezident İlham Əliyev bu gün Nazirlər Kabinetinin üzvləri ilə bağlı sərəncam imzalayıb. Məlumata görə, sərəncamda deyilir:

Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Şərhlər

XƏBƏR LENTİ