yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Fuad Poladov: Oğlumun toyunu görmək istəyirəm

Fuad Poladov: Oğlumun toyunu görmək istəyirəm
22-11-2017, 14:58 209 dəfə baxılıb

“Mən artıq xəstəliyimi sevməyə başlamışam. Xərçənglə sevgi oyunu oynayıram, onu sevməyi öyrənirəm. Hərçənd deyirlər ki, xərçəngi sevmək olmaz. Amma mən xərçəngi sevirəm. Onun şıltaqlığını qəbul etməyə başlamışam”.

Bu sözləri Xalq artisti Fuad Poladov “Şərq” qəzetinə müsahibəsində bildirib.

“Möhlət istəyirəm ki, bəzi işləri çatdıra bilim. Düzdür, səhnədən artıq əlimi üzmüşəm. Artıq heç vaxt səhnədə olmayacağımı qəbul etmişəm. Bilirəm ki, mənim ora bir daha qayıdışım olmayacaq. Amma şəxsi həyatımda çatdırmaq istədiklərim var.

Heç vaxt duyğusal görünmək istəməmişəm. Amma deyəsən, bu xəstəlik məni bir az da duyğusal edə bildi. İki övladım var. Qızım ailə qurub. Amma oğlumu evləndirməmişəm. 28 yaşı var. Oğlumun toyunu görmək, onu yerbəyer etmək istəyirəm. Çox istərdim ki, oğlumdan da arxayın olum, bilim ki, ailə sahibidir. Bu, məni sakit edə bilər. Hər ata kimi oğul toyunu görmək arzum var. Buna görə Allahımdan da, xəstəliyimdən də möhlət istəyirəm”, - deyə o vurğulayıb.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Fuad, Poladov, gormek, toyunu, isteyirem, Oglumun
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ