yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Əməkdar artistin xanımı: “Kişini çox sıxsan, qaçıb gedər”

Əməkdar artistin xanımı: “Kişini çox sıxsan, qaçıb gedər”
16-11-2017, 15:58 684 dəfə baxılıb

Əməkdar artist, tanınmış aktyor Rasim Cəfər tədbirlərin birində həyat yoldaşı ilə fotokameramıza tuş gəlib.
Yenicag.az-a açıqlama verən Reyhan İsayeva həyat yoldaşı ilə bağlı sirlərini də paylaşıb:
“Həyat yoldaşım tanınmış aktyordur, eyni zamanda gəncdir. Sosial şəbəkədə ona mütəmadi yazırlar; normal qəbul edirəm. Amma bununla belə ona yazılan bəzi mesajlar hərdən məndə qısqanclığa səbəb olur. Onda da müzakirə edirik… yoluna qoyulur. Heç vaxt gizlincə həyat yoldaşımın telefonundakı mesajlara baxmıram. Amma yanımda kiminləsə yazışanda nəzər sala bilərəm. Özündən də soruşuram ki, kiminlə yazışırsan? Qadının həddən artıq qısqanclığı onun özünə güvənmək hissinin aşağı olması deməkdir. Amma həddində olan qısqanclıq normaldır, bu hiss sevgidən yaranır. O aktyordur, səfərlərdə olur, bəzən evə gec gəlir. Amma onu sıxmıram, azadlığını əlindən almıram. Kişini çox sıxsan, qaçıb gedər. Qadın öz hökmünü göstərməlidir, amma kişini sıxmaqla yox, idarəedici və ona arxa olmaqla…”.
Qeyd edək ki, Reyhan İsayeva ixtisasca ssenaristdir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qachib, Kishini, sixsan, xanimi, geder, chox, artistin, Emekdar
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

23-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ