SON DƏQİQƏ
XalqXeber.Az » Şou-Biznes » “Ana olmaqdan bilərəkdən imtina etdim”

“Ana olmaqdan bilərəkdən imtina etdim”

Tarix:

13-11-2017, 14:40

/ 56 603 dəfə oxundu.
“Ana olmaqdan bilərəkdən imtina etdim”

“ 14 övladımın olmağını arzulayırdım, amma olmadı. Mənim üçün ana olmaq mümkünsüzdür. Bundan bilərəkdən imtina etmişəm. İstəmədim ki, övladım mənim genlərimi daşısın. İndi isə uşaq götürüb saxlamaq istəyirəm”.

Bu sözləri Zümrüd Qasımova “Sənətsevər+” verilişində deyib. Aktrisa-aparıcı proqramda xəstəliklə mübarizəsindən, həyat yoldaşının ona dəstək olmağından danışıb:

“Ailəm də çox sevilirəm. Səni itirməyə qorxan, qısqanan biri olması gözəldir. Məni dəlicəsinə sevən həyat yoldaşım var. Qadın kimi xoşbəxtəm. Xəstəliyimi öyrənəndə özümü çətin toparladım. Hər zaman düşünürdüm ki, xəstəxanadayam, görəsən, yanıma kim gələcək? Və elə bir gün mənə gəldi çatdı... Xəstəxanaya tək getdim, həkimin cavabında 99 faiz bədxassəli şiş oxudum. Həmin anı yaşamaq dəhşətlidir. Yoldaşıma zəng etdim ki, xəstəyəm. Həkim dedi ki, kifayət qədər irəliləyib. Problemimlə tək qaldım.

Çox çətin anlar idi. Yer üzündəki cəhənnəm xərçəng xəstəliyidir. Yoldaşım gəldi ki, səni sağaldacam. Xəstəliyimi öyrəndiyim gün yoldaşımla otelə getdik, şam yeməyi yedik. Dərdləşdik. 27 yaşımda ölmək istəmirdim. Sağlam idim, həyat yoldaşıma dedim ki, birdən xəstələnsəm nə edərsən? Dedi, hər şey edərəm, hər şeyimi sataram. Dedim yenə sağalmıram. Dedi, ölməkdirsə, qanından vurub ölərəm. Elə məqam gəldi ki, mən həyatla çarpışırdım. Ona dedim ölərsən mənim üçüm? Bu suala verdiyi cavabı deməyim”.

Şərhlər

XƏBƏR LENTİ