SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Xalq artisti evinə qapandı: “Qapım bağlıdır”

Xalq artisti evinə qapandı: “Qapım bağlıdır”

Tarix:

4-11-2017, 11:34

/ 91 721 dəfə oxundu.
Xalq artisti evinə qapandı: “Qapım bağlıdır”

Xalq artisti Zərnigar Ağakişiyeva evinə qapanıb

Milli.Az saytının əməkdaşının telefon zənglərinə 3 gündən sonra cavab verən aktrisa səhhətindən də danışıb.

"3 gün idi ki, heç bir telefon zənglərinə cavab vermirdim. Bu gün bir az özümə gəlmişəm. Hava dəyişən kimi evimə qapanıram. Nə çölə çıxıb gəzirəm, nə də ki, qonaq qəbul edirəm. Hələ ki, o gücü özümdə hiss etmirəm. Çünki qonaq gəlsə, gərək oturub onunla gün keçirim. Buna mənim nə səhhətim imkan verir, nə də özüm istəyirəm. Hətta həmkarlarım da mənimlə görüşmək istəyir. Onlar üçün də qapım bağlıdır. Xasiyyətimi bilib nə zəng edirlər, nə də evimə gəlirlər. Noyabrın 6-da ad günümdür, amma heç o əhval-ruhiyyədə də deyiləm", - deyə xalq artisti bildirib.

Qeyd edək ki, noyabr ayının 6-da xalq artisti Zərnigar Ağakişiyevanın 71 yaşı tamam olur.

Şərhlər

XƏBƏR LENTİ