SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » “Hakim olsam, Fədayəni azad edərəm” – Cavanşir Quliyev

“Hakim olsam, Fədayəni azad edərəm” – Cavanşir Quliyev

Tarix:

3-11-2017, 09:30

/ 90 525 dəfə oxundu.
“Hakim olsam, Fədayəni azad edərəm” – Cavanşir Quliyev

Bir neçə gündür “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədova həbsdən qaçmasına kömək etmək ittihamı ilə həbs olunan müğənni Fədayə Laçının ətrafındakı müzakirələr səngimək bilmir

Ona qarşı münasibət birmənalı deyil. Ancaq müğənni “canini sevdiyi” və ona kömək etdiyi üçün cəmiyyətin əksər kəsiminin qınaq hədəfidir.

Məlumatına görə, Fədayənin bu addımına münasibət bildirən bəstəkar Cavanşir Quliyev əksəriyyət kimi düşünmədiyini qeyd edib:

“O edər, heç nəyə baxmaz. Sevirəm belə dəli qızları. Zatən oxumağından bilinirdi… Sakit axan həyatını romana çevirdi Fədayə… Mənim bir neçə mahnımı da oxuyub, çox yaxşı müğənnidi. Hakim mən olsam, buraxaram onu”.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində Etibar Məmmədov öldürülüb.

Xeber365.com

Şərhlər

XƏBƏR LENTİ