SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » Canəli Əkbərov xalq artistlərinə HİRSLƏNDİ: “Səkinə, Mənsum, Arif... mən onları heç saymıram”

Canəli Əkbərov xalq artistlərinə HİRSLƏNDİ: “Səkinə, Mənsum, Arif... mən onları heç saymıram”

Tarix:

7-02-2017, 15:03

/ 5 861 dəfə oxundu.
Canəli Əkbərov xalq artistlərinə HİRSLƏNDİ: “Səkinə, Mənsum, Arif... mən onları heç saymıram”

Azərbaycanda neçə illərdir keçirilən Muğam televiziya müsabiqəsinə yenidən start verilib. Amma budəfəki müsabiqənin münsiflər heyətilə bağlı mübahisəli məqam yaranıb.

Belə ki, xalq artisti Canəli Əkbərov müsabiqənin münsiflər heyətinin tərkibinə qatılmaq istəsə də, digər münsiflər - xalq artistləri Mənsub İbrahimov, Səkinə İsmayılova, Arif Babayev, Əlibaba Məmmədov, Sərdar Fərəcov ona etiraz ediblər. Bildiriblər ki, Canəli Əkbərova münsiflər arasında yer verilsə, alım qarışacaq, ifaçılara qarşı qərəzli çıxışlar edəcək, tez-tez dava düşəcək.


Qeyd edək ki, mərhum xalq artisti Ağaxan Abdullayev vəfat etdiyindən Muğam televiziya müsabiqəsinin münsiflər heyətində bir yer boşalıb.

Xalq artislərinin etirazına münasibət bildirən Canəli Əkbərov bildirib ki, həmkarları ona qərəzli münasibət sərgiləyirlər.

“Onlar mənimlə qərəz aparmaq üçün baş-başa veriblər. İnsana, sənətkara, həmkara yaraşmayan sözlər söyləyiblər. Kimdir axı onlar, mən onları heç saymıram. Onlar hər baxımdan mənim tayım deyillər. Mənim oxuduğum əsərləri yenidən dünyaya gəlsələr də, oxuya bilməzlər, savadsızdırlar. Səkinə, Mənsum, Arif gedib öz oxumaqların düzəltsinlər, sonra da kiməsə münsiflik etsinlər. Onların dediyi sözlərin mənim üçün önəmi yoxdur”.

Şərhlər

XƏBƏR LENTİ