SON DƏQİQƏ
XalqXeber.Az » Mədəniyyət » “Şəmiylə Şöşü sabun köpüyüdür” - “Qara Volqa”nın rejissoru

“Şəmiylə Şöşü sabun köpüyüdür” - “Qara Volqa”nın rejissoru

Tarix:

6-10-2017, 10:54

/ 89 569 dəfə oxundu.
“Şəmiylə Şöşü sabun köpüyüdür” - “Qara Volqa”nın rejissoru

“İşləmək, kino çəkmək istəyirəm. Bununla bağlı dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişəm. Təəssüflər olsun ki, bizə film vermirlər”.

Bu sözləri “Qara Volqa” filminin quruluşçu rejissoru Elşən Məmmədov “Qafqazinfo”ya müraciətində deyib. Onun sözlərinə görə, hər dəfə film çəkmək üçün müraciət etdikdə nazirlik büdcədə kifayət qədər pulun olmadığını bildirir:

“30 ilə yaxındır ki, kino sahəsində çalışıram. 100-ə yaxın sənədli film, 1994-cü ildə isə “Qara Volqa” filmini çəkmişəm. Heç olmasa, 3 ildən bir bizə də bir film versinlər, çəkək. Mənim peşəm budur. Hazırda kinostudiya bərbad vəziyyətdədir.

Deyirlər gənclərə yol veririk, amma bu, o demək deyil ki, biz kinonun içində böyüyən insanlar kənarda qalmalıyıq. Bu gün “Bozbaş”ın bayağı obrazları dillərdən düşmür. Şöşüdü, Moşudu, Fəlakətdi... Bunlar bizim gələcəyimizə, cəmiyyətimizə nə verəcək? Heç nə. Onlar sabun köpüyü kimi bir şeydir”.

Elşən Məmmədov onu da qeyd edib ki, aprel hadisələri ilə bağlı film çəkmək istəyib. Bununla bağlı xeyli şəxslə görüşsə də, dəstək olan olmayıb.

Qeyd olunan məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyindən münasibət öyrənmək istəsək də, zənglərimizə cavab verən olmayıb.

Bununla bağlı hazırladığımız videomaterialı təqdim edirik:

Şərhlər

XƏBƏR LENTİ